Icma.az
close
up
RU
QHT nin növbəti görüşü Xaçmaz bələdiyyəsində olub

QHT nin növbəti görüşü Xaçmaz bələdiyyəsində olub

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bələdiyyələrin maddi-mədəni irsin öyrənilməsi və təbliğində rolunun gücləndirilməsi” layihəsi çərçivəsində Xaçmaz bələdiyyəsinin inzibati binasında keçirilən növbəti görüşdə bələdiyyənin sədri Tural Məlikov, habelə bələdiyyə qulluqçuları yaxından iştirak ediblər.

"Cebheinfo.az" xəbər verir ki, görüş iştirakçılarının qeydiyyatından sonra ictimai birliyin sədri Vüqar Cəfərov  iştirakçılara layihənin icrası, məqsədi və vəzifələri barədə  ətraflı məlumat verib. Bu görüşədək artıq Cəlilabad, Masallı, Yardımlı, Siyəzən və Şabran rayonlarında hər birində iki gün olmaqla davam edən çoxsaylı görüşlərin keçirildiyini, maddi-mədəni irs nümunələrinin ziyarət edildiyini, o cümlədən hər bir görüşdə bələdiyyələrin üzv və qulluqçuları tərəfindən maraqlı təkilflərin səsləndirildiyini qeyd edib.

Vüqar Cəfərov çıxışında Xaçmaz rayonunun maddı-mədəni irs abidələrinin öyrənilməsi, qorunması və təbliği istiqamətində bələdiyyələrində üzərinə müəyyən məsuliyyət yükünün düşdüyünü də qeyd edib.

Xaçmaz bələdiyyəsinin sədri Tural Məlikov qeyd edib ki, maddi-mədəni irsimizin qorunmasında bələdiyyə də maliyyə imkanları çərçivəsində  öz dəstəyini əsirgəməməlidir. Hazırda  bu istiqamətdə əsas fikrimiz  bələdiyyə tərəfindən muzeyin eksponat fondunun zənginləşdirilməsi ilə bağlı töhfəmizi vermək üçün müəyyən danışıqlar aparıldığını qeyd edib. Lakin bu gün bələdiyyənin maliyyə çətinlikləri ilə üz-üzə qalması nəticəsində nəzərdə tutulan layihələrin icrasını ləngiyir. Bir tərəfdən bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi ilə bağlı proseslərdəki çətinliklər, üstəlik əmlakın qiymətləndirilməsi ilə bağlı yaranan problemlər bələdiyyənin büdcə gəlirlərinin azalmasına səbəb olub.

Bu gün ərazidə olan əmlakın 50 faizdən artıq hissəsinin  çıxarışının olmaması, üstəlik çıxarışı olanların isə yalnız yarısının vergiyə cəlb edilməsi nəticədə bələdiyyənin vergi borcunun artırmış olur. Bununla yanaşı bələdiyyə rühdan düşmür və vergi-üçot sisteminin təkmilləşdirilməsi üçün var qüvvəsini səfərbər etməkdədir. Büdcə gəlirlərimizi artırmaqla biz nəticədə maddı-mədəni irsimizin qorunmasına, mühafizəsinə və daha da zənginləşdirilməsinə öz töhfəmizi verəcəyik. Hazırda bələdiyyənin əsas məqsədlərindən biri də budur.    

Rayonda formalaşan 13 bələdiyyənin hər birinin maddi-mədəni irisimizin qorunmasında öz töhfəsini verməyə hazır olduğunu qeyd edən sədr görüşdə bu bələdiyyələrin hər birinin muzeyin eksponat fondunun zənginləşdirilməsinə maraqlı olduqlarını qeyd edib.

Sonda görüş iştirakçıları mövzu ətrafında öz fikir və mülahizələrini bildiriblər. Yekunda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

İki günlük səfər çərçivəsində həm bələdiyyənin həyata keçirdiyi layihələrə baxış keçirilib, həm də Xaçmaz tarix-diyarsünaslıq muzeyində, habelə bir sıra maddi - mədəni irs nümunəsi ilə, o cümlədən Xaçmaz Dəmiryol vağzalında aparılan təmir-bərpa işləri ilə tanış olaraq əraziyə baxış keçirilib.

Qeyd edilib ki, dəmiryol vağzalı dövlət tərəfindən qorunan daşınmaz tarix-mədəniyyət abidələrinin rəsmi siyahısında 4297 nömrə ilə yerıi əhəmyyətli abidə kimi qeydiyyata alınmışdır. Xatırladaq ki, rayon ərazisində 17 maddi mədəni irs nümunəsi yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi qeydə alınıb.

Layihə çərçivəsində növbəti görüşlərin Quba, İsmayıllı və Oğuz rayon bələdiyyələrində keçirilməsi nəzərdə tutulub.

Əlavə edilib ki, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi 2009-cu ilin dekabrında təsis edilmiş və  2010-cu ilin fevral ayında rəsmi dövlət qeydiyyatına alınıb. 2011-ci ildən başlayaraq aktiv fəaliyyətə başlayaraq bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə söykənən layihələrin icrası ilə məşğuldur.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 İyul 2026 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri