Icma.az
close
up
RU
QHT regionda ictimai dinləmələr həyata keçirir FOTOLAR

QHT regionda ictimai dinləmələr həyata keçirir FOTOLAR

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi Ictimai Birliyi regionda ictimai dinləmələr həyata keçirir.

"Cebheinfo.az" xəbər verir ki, Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi Ictimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 2025-ci il iyunun 23-də Siyəzən rayonunda “Mənim təhlükəsiz virtual məkanım” layihəsi çərçivəsində ictimai dinləmə  tədbiri həyata keçirdi.

Tədbirdə  Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin nümayəndəsi İbrahim Əhmədov, Siyəzən rayon İcra Hakimiyyətinin başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvüləri və rayon Hüquq mühafizə orqanlarının ( polis, prokurorluq, məhkəmə) təhsil, sahiyyə, sosial xidmətlər, mədəniyyət, bələdiyyə və  ictimaiyyətin digər  nümayəndləri iştirak etmişdir.

Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi ictimai birliyinin sədri  məlumat verərək bildirmişdir ki, layihədə qaldırılan problemlər ümumilikdə bütün cəmiyyəti narahat edən və getdikcə nəzarətdən çıxan bir sıra münasibətləri əhatə edir. Əsasən insan alveri cinayəti, uşaq əməyinin istismarı, erkən nigahlar və qeyri ənənvi cinsi münasibətlərin sosial şəbəklərədə təşviqi ciddi narahatçılığa səbəb olduğu xüsusi vurğulanmışdır.

İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin nümayəndəsi İbrahim Əhmədov mövzu ətrafında çıxış edərək iştirakçılara problem, onunla mübarizə üsulları və bu sahədə dövlətin gördüyü işlər barəsində geniş məlumat vermişdir. Mövzu ətrafında müzakirələr aparılmış, tövsiyə və təkliflər irəli sürülmüşdür. Tədbir iştirakçıların interaktiv fəallığı ilə baş tutumuşdur. Tədbirdə 25 nəfər iştirak etmişdir.

Təkliflər

Yay tətili günlərində boş qalan məktəblərdə uşaqların asudə vaxtının ( sosiallaşma, yaradıcılıq potensialının artması, psixoloji sabitliyin yaranması və.s) daha səmərli təşkili məqsədi ilə yay düşərgələrinin təşkili, Müxtəlif yaradıcılıq dərnəklərinin, müasir informasiya texnologiyalarına əsaslanan kurslar təşkil etməklə uşaq və yeniyetmələrin bu sahəyə olan həvəsini daha səmərəli istiqamətə yönləndirilməsi, Yay tətili günlərində müəyyən işlərdə çalışaraq ailə büdcəsinə töhfə vermək istəyən yeniyetmələr üçün məşğulluq xidməti tərfindən imkan və siyasətlərin hazırlanaraq  bu sahədə qanuna yğun, daha qorunan əməyin təşkili Sosial şəbəklər üzərində müəyyən filtirlərin tətbiqi Regionlarda gənclər üçün kiçik və orta sahibkarlıq fəaliyyyətini dəstəkləyən xüsusi dövlət çətirinin tətbiqi  ( vergi, infrastuktur, lisenziya və digər güzəştlər)

"Cebheinfo.az" 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 İyul 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see523

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see495

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see307

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see279

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see272

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see267

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see267

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see265

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see260

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see260

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see239

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see237

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see235

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see233

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see228

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see216

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see212

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see204

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri