QHT “Bullinqə məruz qalan məktəblilər arasında ictimai vəkillik” adlı layihə həyata keçirir
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
“Üfüq Xeyriyyə Cəmiyyəti İctimai Birliyi” Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bullinqə məruz qalan məktəblilər arasında ictimai vəkillik” adlı layihə həyata keçirir.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə məlumatı İctimai Birliyin sədri Nuriyyə Abbasova verib. Onun sözlərinə görə, layihə 01 sentyabr və 31 oktyabr tarixlərində, 2 ay müddətində baş tutacaq. Layihə çərçivəsində 3 məktəbdə, 6 təlim təşkil ediləcək:
"Layihənin məqsədi bullinqə məruz qalan və məruz qalma təhlükəsi ilə üzləşən, şagird davranış qaydalarına əməl etməyən uşaqlar arasında maarrifləndirmə işlərinin aparılması, onların psixoloji vəziyyətlərinin qiymətləndirilməsi, öz hüquqlarını müdafiə etmələrini təmin etmək üçün hüquqi, sosial və psixoloji istiqamətlər üzrə ictimai vəkilliyin aparılmasıdır.
Layihənin əsas hədəf qrupu yetkinlik yaşına çatmamış məktəblilər və valideynlərdir. Layihə çərçivəsində həm valideynlərə, həm də məktəblilərə bullinq mövzusunda təlimlər keçiriləcək, sosial,psixoloji və hüquqi tərəflərindən bəhs ediləcək, psixoloq tərəfindən bullinqə məruz qalma hallarını aşkar edən terapiyalar təşkil ediləcək, bullinq və digər zorakılıq hallarına məruz qalmış məktəblilər fərdi konsultasiyalara cəlb olunacaqdır. Eyni zamanda sosial işçi və hüquqşünas tərəfindən uşaqların sosial-hüquqi qiymətləndirilməsi həyata keçiriləcəkdir. Valideynlər üçün nəzərdə tutulmuş tədbirdə valideyn komitələrinin yaradılmasının vacibliyindən bəhs ediləcək".
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 07 Oktyabr 2025 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















