Icma.az
close
up
RU
QHT sədri: Azad olunmuş ərazilərə sadələşdirilmiş prosedurlar sayəsində turist axını artacaq

QHT sədri: Azad olunmuş ərazilərə sadələşdirilmiş prosedurlar sayəsində turist axını artacaq

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 10 iyul, AZƏRTAC

Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərə səfərlərlə bağlı qəbul etdiyi son qərar bu bölgələrin bərpa prosesinə ciddi töhfə verəcək. “Yolumuz Qarabağa” portalı vasitəsilə vətəndaşlara verilən icazələrin müddətinin 2 gündən 5 günədək artırılması və hotellərdə rezervasiya edən şəxslərə avtomatik icazə verilməsi dövlətin həm strateji məqsədlərinə, həm də vətəndaş rahatlığına xidmət edən mühüm bir addım kimi qiymətləndirilməlidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

O bildirib ki, indiyədək bu ərazilərə səfərlər məhdud müddətli icazələrlə həyata keçirilirdi. Bu isə vətəndaşların planlarını məhdudlaşdırır, bölgədəki turizm və sosial fəaliyyətlərə tam şəkildə qatılmaq imkanını azaldırdı. Artıq icazə müddətinin 5 günədək artırılması daha geniş və məqsədli səfərlərə şərait yaradacaq. Vətəndaşlar bu müddət ərzində bir neçə rayonu ziyarət edə, bölgədəki abidələrlə tanış ola, ailəvi və ya işgüzar görüşlərini daha rahat şəkildə təşkil edə biləcəklər. Beləliklə, bu qərar sadəcə bir inzibati dəyişiklik deyil, həm də Qarabağa qayıdış prosesinin daha real və davamlı əsaslar üzərində qurulduğunun göstəricisidir. Eyni zamanda, hotellərdə rezervasiya edən şəxslərə giriş icazəsinin avtomatik verilməsi prosesi sadələşdirir, vətəndaşların əlavə yükünü azaldır. Bu, vətəndaşların səfər planlarını daha çevik və sürətli şəkildə reallaşdırmasına imkan yaradır. Bu sistemin tətbiqi dövlət-vətəndaş münasibətlərində rəqəmsal və xidmətyönümlü yanaşmanın gücləndirilməsinin bariz nümunəsidir. Vacib məqamlardan biri də vətəndaş üçün seçim imkanın verilməsidir.

QHT sədri qeyd edib ki, dövlət tərəfindən qəbul edilən bu qərarlar, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurun turizm və iqtisadi potensialını reallaşdırmaqdır. Sadələşdirilmiş səfər prosedurları sayəsində bölgəyə turist axını artacaq, bu isə sahibkarlığın inkişafı, xidmət sektorunun genişlənməsi, yeni iş yerlərinin yaradılması və ümumilikdə regionun sosial-iqtisadi dirçəlişi üçün münbit şərait yaradacaq. Turizm yalnız mədəni ziyarət deyil, həm də iqtisadi dövriyyə deməkdir. Bu dövriyyənin yaranması bölgənin tam reabilitasiyası üçün həyati əhəmiyyət daşıyır. Qeyd edilməlidir ki, təhlükəsizlik məsələləri də unudulmur. İcazə sistemi qüvvədədir. Ərazilərdə mina təhlükəsi hələ də realdır və vətəndaşların təhlükəsizliyi dövlətin prioritetidir. Bu səbəbdən səfər edən şəxslər əvvəlcə mina təhlükəsi və digər risklərlə bağlı maarifləndirici materiallarla tanış edilməlidir. Bu yanaşma göstərir ki, dövlət vətəndaşlara sərbəstlik təqdim etməklə yanaşı, onların həyat və sağlamlığını qorumaq öhdəliyini də daşıyır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyul 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri