Duma Rusiya ilə Venesuela arasında strateji tərəfdaşlıq sazişini ratifikasiya edib
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya Dövlət Duması Venesuela ilə strateji tərəfdaşlıq sazişini ratifikasiya edib.
APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya parlamentinin aşağı palatasının bu gün keçirilən plenar iclasında Rusiya ilə Venesuela Bolivar Respublikası arasında strateji tərəfdaşlıq haqqında saziş ratifikasiya olunub.
Qeyd edək ki, Rusiya Federasiyası ilə Venesuela Bolivar Respublikası arasında strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş 2025-ci il mayın 7-də Moskvada imzalanıb.
Bu ilin oktyabr 16-da Rusiya prezidenti Vladimir Putin sənədi ratifikasiya olunmaq üçün Dumaya göndərib.

Duma Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Müqaviləni ratifikasiya edib
08 Aprel 2025 14:38
Rusiya və Venesuela arasında strateji tərəfdaşlıq sazişi imzalanıb
07 May 2025 18:39
İran parlamenti Rusiya ilə strateji tərəfdaşlıq sazişini ratifikasiya edib
21 May 2025 13:54
İran Rusiya ilə strateji tərəfdaşlıq müqaviləsini ratifikasiya etdi
11 İyun 2025 14:52

