Icma.az
close
up
RU
QHT SƏDRİ SAXTA ORDENİ BU ÖLKƏ RƏHBƏRİNƏ DƏ TƏQDİM EDİB Deputatla birgə... + VİDEO

QHT SƏDRİ SAXTA ORDENİ BU ÖLKƏ RƏHBƏRİNƏ DƏ TƏQDİM EDİB Deputatla birgə... + VİDEO

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünən Bakıda istintaqa cəlb olunan “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov saxta ordenlərindən birini də Türkmənistanın keçmiş prezidenti Qurbanqulu Berdiməhəmmədova verib.

"AzPolitika" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə İsmayılovun 2022-ci ildə Türkmənistanda keçirilən rəsmi tədbirlərdən birində Berdiməhəmmədova “Dədə Qorqud” ordeni təqdim etdiyi əks olunub.

Kadrlardan aydın görünür ki, Eldar İsmayılov tədbirə Azərbaycan Milli Məclisinin deputatı Eldar Quliyevlə birlikdə gedib.

Videodan o da görünür ki, Azərbaycan xalqının adından türkmən lideri Qurbanqulu Berdıməhəmmədova “möhtəşəm mükafat” təqdim olunur. Təltifetmə mərasimi elə bir pafosla təşkil edilib ki, guya bu, əsrin hadisəsidir. 

Hurriyyet.az-ın məlumatına görə, tədbirdə əvvəlcə deputat Eldar Quliyev kürsüyə çıxıb sınıq-salxaq rus dili ilə türkmən və Azərbaycan xalqları arasında olan qardaşlıqdan danışırb Ardınca xitabət kürsüsünə onun adaşı çıxır. 

Eldar İsmayılov səlis rus ləhcəsi, şirin sözlər və şoumenlik bacarığı ilə türkmən məmurların ürəyinin “sarı siminə” toxunur. “Arxadağ” Berdıməhəmmədovun şəninə elə sözlər ərz edir ki, zalda əyləşən yüzlərlə məmur riqqətə gəlib ayağa qalxır, türkmənsayağı alqışlarla “Ar-xa-dağ” nidaları sarayın divarlarını dəlib keçir. Və böyük məqam yetişir - Eldar İsmayılov əlini cibinə aparır, oradan “ulu türk ordeni”nini, özünün az əvvəl düzüb-qoşduğu “Dədə Qorqud” ordenini Berdıməhəmmədova təqdim etmək üçün acizanə xahişdə bulunur.

Berdıməhəmmədovun razılıq əlaməti olan baş işarəsini gözləyən Eldar İsmayılov dərhal ona tərəf iri addımlarla yürüyür və şəstlə həmin o “əlçatmaz” ordeni türkmənbaşının yaxasına asır. O an zalda sanki vulkan püskürür. Yüzlərlə məmur ayaq üstə “Ar-xa-dağ! Ar-xa-dağ!” nidalarını daha uca səslə tələffüz edib saxta ordenin parıltısını alqışlayırlar. Heç kimin ağlına da gəlmir ki, Berdıməhəmmədovun sinəsinə asılan bu “möhtəşəm mükafat” heç bir hüquqi qüvvəsi olmayan bir dəmir və əski parçasının ustalıqla hazırlanan bir kompozisiyasıdır.

Tamaşanın kulminasiyası, bu tamaşa-şounun Eldar İsmayılovun marağında olan pərdəsi də bundan sonra başlayır. “Arxadağ” dərin heyranlıqla onun əlindən aldığı təltifə görə saray süfrəsi açdırıb. Qonaqlar üçün qoyun əti süfrəyə dağ kimi yığılıb, plov qazan-qazan gətirilir, desert kimi isə ən bahalı qovunlar və nar şirəsi süfrəni bəzəyib. Eldarlara xüsusi hörmət əlaməti olaraq dövlət mühafizəçiləri qədəh qaldırıb, məmurlar onları türkmən xalqının dostu elan ediblər. Berdıməhəmmədov isə, öz növbəsində, qardaş Azərbaycandan gələn böyük təltiflərə görə minnətdarlıq bildirib.

Əslində isə həmin axşam Türkmənistanın 1 nömrəli sarayında sadəcə “böyük kombinasiya” oynanılıb, Türkmənistanın siyasi elitası nağıla inandırılıb.

“Arxadağ”ın boynuna asılan o “Dədə Qorqud” ordeninin səsi 3 il sonra, 2025-ci ildə Bakıda polisin keçirdiyi əməliyyatla çıxıb. Eldar İsmayılovla yanaşı Füzuli Rzaquliyev və Rasim Məmmədov istintaqa cəlb olunublar. Eldar İsmayılov qeyd etdiyimiz kimi “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri, Füzuli Rzaquliyev “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri, Rasim Məmmədov isə “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədridir.

Qeyd edək ki, Eldar İsmayılov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi – rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, onları hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə faktları üzrə cinayət işi başlanıb. Hazırda İsmayılov istintaqa cəlb olunub və araşdırmalar davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Oktyabr 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see168

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see159

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see158

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see149

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see147

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see140

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see136

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see133

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri