Icma.az
close
up
RU
QHT sədri: Yekaterinburqda baş verən hadisələr insanlığa qarşı cinayət kimi qiymətləndirilməlidir

QHT sədri: Yekaterinburqda baş verən hadisələr insanlığa qarşı cinayət kimi qiymətləndirilməlidir

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 29 iyun, AZƏRTAC

Yekaterinburqda azərbaycanlılara qarşı törədilən basqınlar bir daha göstərdi ki, Rusiya daxilində etnik azlıqlara qarşı repressiyalar ayrı-ayrı hallarla məhdudlaşmır, bu, sistemli və ideoloji əsaslara söykənən dövlət siyasətinin nəticəsidir.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə hücumu nəticəsində həmvətənlərimizin həlak olması, bəzilərinin ağır bədən xəsarətləri alması və doqquz nəfərin saxlanılması, Rusiyanın imperialist və millətçi mahiyyətini bir daha açıq şəkildə ortaya qoyur.

Bunu AZƏRTAC-a açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

O bildirib ki, bu, yalnız azərbaycanlılara qarşı etnik zəmində törədilən cinayət deyil, eyni zamanda Rusiyanın qeyri-rus xalqlara qarşı yürütməkdə davam etdiyi şovinist və raşist siyasətin təzahürüdür. İyirmi birinci əsrdə beynəlxalq ictimaiyyət bu siyasəti "raşizm" – rus faşizmi – kimi tanıyır. Raşizm – Vladimir Putinin rəhbərlik etdiyi Kremlin ideoloji xəttinə çevrilmiş, millətçi, militarist və imperialist elementləri özündə birləşdirən təhlükəli bir yanaşmadır.

Tarixi Rusiya ideologiyasının əsas sütunlarından biri türklərə, xüsusilə də azərbaycanlılara qarşı sistemli düşmənçilikdir. Yaxın tarixə nəzər saldıqda aydın olur ki, son 2-3 əsrdə Rusiya imperiyasının Qafqazdakı siyasəti əsasən Azərbaycana qarşı yönəlib və bölgədə baş verən bir çox faciələrin arxasında məhz bu imperiya dayanıb. Müasir dövrdə bu siyasətin izlərini 1990-cı ilin 20 Yanvar qırğınında, Xocalı soyqırımında və Ermənistanın işğalçılıq siyasətinə göstərilən açıq dəstəkdə aydın şəkildə görmək mümkündür.

QHT sədri qeyd edib ki, Yekaterinburqda azərbaycanlılara qarşı törədilən son etnik terror bu düşmən münasibətin daha bir rəsmi təzahürüdür. Rusiya dövləti hələ də öz ərazisində AZAL-a məxsus mülki təyyarənin vurulmasına görə nə üzr istəyib, nə də məsuliyyət daşıyıb. Bu susqunluq Kremlin "velikorus" şovinizmini və imperiya siyasətini dəstəklədiyinin bariz göstəricisidir. Tarixi təkrar edən bu siyasətin ideoloji təməlində Putinin rəhbərlik etdiyi Kremlin raşist baxışları dayanır. Bu ideologiya təkcə xarici siyasətdə deyil, eyni zamanda, daxili siyasətdə də rus olmayan xalqlara qarşı diskriminasiyanın əsasını təşkil edir.

Rusiyanın daxilində yaşayan milyonlarla azsaylı xalqlar bu ayrı-seçkiliyin qurbanlarıdır. Müharibəyə göndərilən hərbi kontingentin əsas hissəsinin qeyri-rus xalqlar arasından seçilməsi də təsadüfi deyil. Xüsusilə müsəlman mənşəli şəxslərin ön cəbhəyə göndərilməsi, Kremlin irqçi və faşist siyasətinin bariz sübutudur.

Məşhur rus publisisti Aleksandr Nevzorov qeyd edir ki, şovinizm və imperializm rus cəmiyyəti üçün hər şeyi əvəz edən bir növ “alkoqol” kimidir. Onun sözlərinə görə, Putin bu ideologiyanı zəhərli və yoluxucu bir “epidemiya”ya çevirib. Necə ki, 20-ci əsrdə "qəhvəyi vəba" (nasizm) dünyanı təhdid edirdi, bu gün də "raşizm" bənzər təhlükəni yaradır. Raşizm təkcə digər xalqlar üçün deyil, elə rus xalqı üçün də böyük faciəyə çevriləcək. Bu siyasətin sonu parçalanma, daxili qarşıdurma və özünüməhv olacaq.

Yekaterinburqda baş verən hadisələr insanlığa qarşı cinayət kimi qiymətləndirilməli, bu cinayətlərə göstəriş verənlər beynəlxalq hüquq qarşısında məsuliyyətə cəlb olunmalıdır. Əgər Rusiya dövləti bu basqınları rəsmi siyasət olaraq qəbul etmirsə, dərhal üzr istəməli və günahkarları cəzalandırmalıdır”, - deyə C.Hüseynzadə əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 İyun 2025 00:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see226

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see189

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see188

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see158

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see150

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see144

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see134

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri