Icma.az
close
up
RU
Qida eksperti: Siqaret kötüyü xəmirə düşdükdə əriyib yox olması və ya kül şəklində qalması daha realdır

Qida eksperti: Siqaret kötüyü xəmirə düşdükdə əriyib yox olması və ya kül şəklində qalması daha realdır

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Lakin bəzi hallarda siqaret filtiri plastik əsaslı materialdan hazırlandığından tam yanmaya bilər və deformasiyaya uğrayaraq çörəyin daxilində qalması mümkündür


"Çörəyin içərisindən siqaret kötüyünün çıxması ilə bağlı yayılan görüntülər həqiqəti əks etdirmir".

Bu barədə Oxu.Az-a sözügedən çörəyin istehsalçı şirkəti olan "Qarabağ" ASC-dən bildirilib.

"Fevralın 6-da bəzi şəxslər məqsədli şəkildə öyrədilmiş şəхsə Zаbrаt qəsəbəsində yеrləşən "Ruzi" mаrkеtdən bizim müəssisəyə məхsus olan 1 ədəd çörək aldırıblar. 2 gün sоnrа guyа bu çörəyin içərisində siqаrеt kötüyünün оlduğunu iddia еdərəк sоsiаl şəbəкədə həqiqətə uyğun olmayan görüntü pаylаşıblar. Halbuki 200-250 dərəcədə еmаl оlunаn çörəyin içərisində siqаrеt kötüyü qаlа bilməz. Müəssisəmizə qarşı böhtan xarakterli addımlar atan şəxslər barəsində əlimizdə tutarlı faktlar var. Onlarla bağlı tərəfimizdən hüquq-mühafizə orqanlarına müraciət ediləcək", - deyə məlumatda qeyd olunub.



Məsələ ilə bağlı danışan təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev "Sherg.az"a deyib ki, qidaya hər hansı bir yad cismin düşməsi qida təhlükəsizliyində fiziki çirklənmə adlandırılır:


 “Zavod tərəfindən bunun qəsdən edildiyi barədə iddiaların irəli sürülməsi də məsələyə əlavə suallar doğurur. Çörək istehsalı zamanı un, su, maya və digər komponentlər dəqiq nisbətlə qarışdırılaraq xəmir hazırlanır. Bu xəmir formaya salındıqdan sonra yüksək temperaturda bişirilir. Bu mərhələdə istehsal prosesi ciddi gigiyenik şərtlərə uyğun şəkildə həyata keçirilməlidir. Bununla yanaşı, istehsalat xətası ehtimalı nəzəri cəhətdən mümkün olsa da, belə halların baş verməməsi üçün zavodlar gigiyena standartlarına əməl etməyə borcludur. Əgər proses zamanı siqaret kötüyü xəmirin içərisinə təsadüfən düşərsə, onun çörəyin daxilində bütöv qalması ehtimalı azdır. Siqaret kağızı və tütünü yüksək temperatura məruz qaldıqda adətən tamamilə yanıb külə dönür. Əgər siqaret kötüyü xəmirə düşübsə, onun tam əriyib yox olması və ya yanıb kül şəklində qalması daha realdır. Lakin bəzi hallarda siqaret filtiri plastik əsaslı materialdan hazırlandığından tam yanmaya bilər və deformasiyaya uğrayaraq çörəyin daxilində qalması mümkündür. Çörək sexinin açıqlamasına görə bu hadisənin qəsdən törədildiyi iddia edilir. Qida istehsalında bəzən müəyyən təxribat halları müşahidə edilə bilər, lakin bu cür halların sübut olunması üçün konkret dəlillər lazımdır. Zavod rəhbərliyi üçün ən düzgün yanaşma hadisənin tam araşdırılması və istehlakçılara şəffaf məlumat verilməsidir. İstehlakçılar qida məhsullarında hər hansı qüsur aşkar etdikdə aidiyyəti dövlət qurumu olan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) şikayət edə bilərlər. Belə hallarda istehsalat prosesinin gigiyena və keyfiyyət standartlarına uyğunluğu yoxlanılmalıdır. Ümumiyyətlə qida istehsalında çirklənmə hallarının səbəbləri və qarşısının alınması yolları barədə də bəzi məsələləri diqqətə çatdırmaq istəyirəm. Qida istehsalında çirklənmələrin, o cümlədən yad cisimlərin məhsullara düşməsi halları, yalnız istehlakçıların sağlamlığına deyil, həm də istehsal müəssisələrinin reputasiyasına ciddi zərbə vuran haldır”. 


Ekspertin sözlərinə görə bu cür hallar bir sıra səbəblərdən baş verə bilər:  

“Birincisi, qida istehsalı müəssisələrində işçi heyətinin şəxsi gigiyenaya riayət etməməsi, iş mühitinin çirklənməsi və avadanlıqların yetərincə təmizlənməməsi çirklənməyə səbəb ola bilər. Əgər işçilər iş saatlarında siqaret çəkirsə və bununla bağlı ciddi nəzarət mexanizmi mövcud deyilsə, belə hadisələrin baş vermə ehtimalı qaçınılmazdır. Müəssisələrdə istifadə olunan texnoloji avadanlıqların köhnəlməsi və ya düzgün işləməməsi nəticəsində məhsullara müxtəlif yad cisimlərin düşməsi mümkündür. Xüsusilə çörək və un məmulatları kimi kütləvi istehsal olunan məhsulların hazırlanması zamanı avadanlıqların təmizliyi mühüm rol oynayır.  

İkincisi, müəssisələrdə daxili keyfiyyətə nəzarət sisteminin yetərincə effektiv olmaması bu cür halların baş verməsinə şərait yaradır. İstehsal olunan məhsullar satışa çıxarılmadan öncə ciddi yoxlamadan keçməli, gigiyena və təhlükəsizlik standartlarına cavab verdiyinə əmin olunmalıdır. Qida istehsalı sahəsində çalışan işçilərin təhlükəsizlik və gigiyena qaydaları haqqında kifayət qədər təlim keçməməsi də böyük risk yaradır. İşçilər qida təhlükəsizliyi normaları haqqında biliklərə malik olmadıqda, onların ehtiyatsız davranışları müəssisənin istehsal prosesində problemlərə səbəb ola bilər.  

Üçüncüsü, istehsal müəssisələrində gigiyena qaydalarına əməl olunması ciddi şəkildə nəzarət edilməlidir. İşçilərin şəxsi gigiyenaya riayət etməsi, iş mühitinin təmiz saxlanması və xüsusi geyimlərdən istifadə olunması qida təhlükəsizliyi üçün vacibdir. İş sahələrində siqaret çəkmək qadağan edilməli, bununla bağlı nəzarət mexanizmi gücləndirilməlidir. Müəssisələrdə HACCP (Təhlükə Analizi və Kritik Nəzarət Nöqtələri) kimi beynəlxalq standartların tətbiqi vacibdir. Bu sistemlər istehsal prosesində potensial riskləri öncədən müəyyənləşdirməyə və onların qarşısını almağa kömək edir. Hər partiya məhsulun müvafiq keyfiyyət testlərindən keçməsi təmin olunmalıdır.  

Dördüncüsü, istehsalat sahələrində istifadə olunan avadanlıqlar vaxtaşırı yoxlanılmalı və mütəmadi olaraq texniki qulluq edilməlidir. Müasir texnologiyaların tətbiqi məhsulların keyfiyyətini artırmaqla yanaşı, yad cisimlərin məhsullara düşmə riskini minimuma endirir. Müəssisə işçiləri üçün mütəmadi olaraq qida təhlükəsizliyi və sanitariya qaydaları ilə bağlı təlimlər keçirilməlidir. İşçilər gigiyena və təhlükəsizlik protokollarına ciddi əməl etmələri üçün məlumatlandırılmalıdır. Bundan əlavə, istehsalat prosesində ehtiyatsızlıq edən işçilər üçün inzibati cəzalar nəzərdə tutulmalıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Fevral 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri