Icma.az
close
up
RU
Qida istehlakı məlumatları bazasının yaradılması ilə bağlı layihəyə start verilib

Qida istehlakı məlumatları bazasının yaradılması ilə bağlı layihəyə start verilib

Icma.az, Aznews.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Daha yaxşı qidalanma və daha təhlükəsiz qida üçün qida istehlakı məlumatları bazası” pilot layihəsinin açılışı və bu çərçivədə ilk seminar keçirilib.

Tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ), Kənd Təsərrüfatı Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və digər qurumların nümayəndələri iştirak edib.

Qeyd olunub ki, layihənin əsas məqsədi əhalinin bütün qruplarını əhatə edəcək qida istehlakı məlumatları bazasının yaradılması, qida təhlükəsizliyi ilə bağlı problemlərin aradan qaldırılmasına yönəlmiş bir sıra tədbirlərin hazırlanması, yığılmış məlumatlardan qida siyasətinin təkmilləşdirilməsi və aqrar siyasətin inkişafı üçün istifadə olunması, yerli mütəxəssislərin qida təhlükəsizliyi sahəsində ən yaxşı təcrübə və qlobal standartları öyrənməsinin təmin edilməsi və ölkəmizdə qida təhlükəsizliyi ilə sağlamlıq sahəsində əhəmiyyətli irəliləyişlərə nail olunmasından ibarətdir.

AQTA sədri Qoşqar Təhməzli bildirib ki, qida istehlakı məlumatları bazası fərdlər, əhalinin müəyyən qrupları və ümumi əhali tərəfindən istehlak edilən qidanın miqdarı, növləri və istehlakla bağlı qanunauyğunluqlar haqqında toplanmış və təhlil olunmuş məlumatlar toplusudur.

Bu baza insanların qidalanma zamanı üstünlük verdiyi məqamlar, rasionun tərkibi, porsiyaların həcmi, qidalanma tezliyi və vərdişləri kimi qida qəbulunun müxtəlif aspektləri ilə bağlı məlumatları özündə ehtiva etməklə, qidalanma üzrə seçimləri anlayaraq vəziyyəti qiymətləndirmək və bu seçimlərin sağlamlıq və rifaha təsirini təhlil etmək üçün istifadə olunur. Belə məlumat bazaları pəhriz meyillərini müəyyən etməyə, nutriyentlərin çatışmazlığı və ya artıqlığını qiymətləndirməyə, qidalanma vərdişlərindəki dəyişiklikləri izləməyə, eyni zamanda problemlərin həlli istiqamətində verilən qərarların və qidalanma proqramlarının effektivliyini qiymətləndirməyə kömək göstərərək, piylənmə və qida çatışmazlığı kimi sağlamlıqla bağlı problemlərin həlli üçün əvəzolunmaz bir alət rolunu oynayır.

FAO-nun Azərbaycandakı nümayəndəsi Nasar Hayat bildirib ki, Azərbaycanda dövlət qurumları ilə tərəfdaşlıq səmərəli əməkdaşlıq nümunəsinə çevrilib:

"Birlikdə kənd təsərrüfatı məhsuldarlığını gücləndirən, kənd yerlərində yaşayış səviyyəsini yüksəldən və davamlı təbii resursların idarə edilməsini təşviq edən layihələr həyata keçirdik. Bunlara suyun daha səmərəli istifadəsi üçün suvarma sistemlərinin modernləşdirilməsi, kənd təsərrüfatı kooperativlərinin inkişafının dəstəklənməsi və kiçik fermerlərin bacarıqlarını artırmaq üçün təlim proqramlarının təmin edilməsi daxildir. Layihələrimiz yalnız qida istehsalını artırmaqla yanaşı, iqtisadi artım və ətraf mühitin qorunmasına da töhfə verir".

Daha sonra seminarda məruzələr dinlənilib, müzakirələr aparılıb.

Qeyd edək ki, qida məhsullarının istehlakı məlumatları qidalanma meyllərini müəyyənləşdirməyə, qidanın çatışmazlığını və ya artıq qəbulunu, sağlamlıq risklərini qiymətləndirməyə və zamanla yemək vərdişlərindəki dəyişiklikləri izləməyə kömək göstərir. Bu məlumatlar qida çatışmazlığı və ya piylənmə riski altında olan əhali qruplarını müəyyənləşdirmək, sağlam qidalanmaya çıxışı yaxşılaşdırmaq üçün sübuta əsaslanan siyasətlər hazırlamaq, risk altında olan qruplar üçün hədəflənmiş qida təhlükəsizliyi və qidalanma müdaxilələri həyata keçirmək baxımından vacibdir. Bu məlumatlar qida təhlükəsizliyinin milli və submilli səviyyədə monitorinqi və qiymətləndirilməsində də mühüm rol oynayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 27 Fevral 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

De Brüyneyə rəsmi təklif göndərdilər

17 Aprel 2025 19:56see140

TBMM sədr müavininin ölüm təhlükəsi hələ də davam edir

17 Aprel 2025 18:33see138

Yüksək Liqa: Finalçılar bəlli oldu

17 Aprel 2025 21:21see134

Gənclik hormonu Somatropin nədir Necə artıraq?

17 Aprel 2025 18:44see133

Super Liqa və aşağı liqalarda komanda sayları azaldılır

18 Aprel 2025 01:05see131

Səhər acqarına limonlu su için Faydası çoxdur

17 Aprel 2025 06:07see130

Musiqi sədaları altında əməliyyat olundu FOTO

18 Aprel 2025 04:04see127

Zelenski mayın 9 da hara gedəcək?

17 Aprel 2025 12:36see125

Aydın Kərimov: 1 400 dən çox sakin artıq Şuşa şəhərində yaşayır

17 Aprel 2025 14:10see124

Məşhur plastik cərrahlara QADAĞA Siyahıda yoxdular ARAŞDIRMA

17 Aprel 2025 15:03see123

Sosial şəbəkələrdə tərbiyə böhranı

17 Aprel 2025 22:05see123

ABŞ dən Yəmən bankına qarşı sanksiya

18 Aprel 2025 03:26see120

Azərbaycan çempionatında möhtəşəm qol Video

18 Aprel 2025 18:24see119

Qəzzadan təcili humanitar yardım çağırışı

18 Aprel 2025 05:33see117

Deputat erməni əsilli şəxslərin məhkəməsində ifadə verdi

17 Aprel 2025 21:53see117

Azərbaycan və Belarusun hərbi təhsil üzrə mütəxəssislərinin işçi görüşü keçirilib

17 Aprel 2025 20:25see116

Ailəsi şəhid jurnalist Məhərrəm İbrahimovun ölüm anını danışdı VİDEO KONKRET

17 Aprel 2025 09:52see115

Maksimal bal toplayan Aişə Bağırova: Cərrahiyyə sahəsi üzrə yeni layihələr hazırlamaq istəyirəm

17 Aprel 2025 22:00see115

Çayların həcmində artım davam edir

17 Aprel 2025 11:22see114

Milorad Dodik Kallasın təhdidlərinə cavab verdi

18 Aprel 2025 16:41see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri