Icma.az
close
up
RU
Qida məhsullarının “sağlam” olub olmaması necə müəyyənləşəcək? Ekspert AÇIQLADI

Qida məhsullarının “sağlam” olub olmaması necə müəyyənləşəcək? Ekspert AÇIQLADI

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Mövzu ilə bağlı Redaktor.az-a danışan qida eksperti Asim Vəliyev qida təhlükəsizliyinin təmin olunması istiqamətində atılan istənilən təşəbbüsü alqışladığını bildirdi:

“Məhz bu baxımdan yeni Dövlət Proqramı da mühüm addımdır. Bu proqramın əsas üstünlüyü ondan ibarətdir ki, qida təhlükəsizliyi məsələsinə yalnız ayrı-ayrı yoxlamalar və nəzarət tədbirləri kimi deyil, daha geniş və sistemli yanaşma ortaya qoyulur. Əhalinin təhlükəsiz və keyfiyyətli qida ilə təmin olunması birbaşa insanların həyat keyfiyyəti ilə bağlı məsələdir. Sənəddə qida təhlükəsizliyi sisteminin səmərəliliyinin və şəffaflığının artırılması, beynəlxalq tələblərə uyğunlaşdırılması xüsusi olaraq qeyd olunur. Məncə, burada ən vacib məsələ proqramda nəzərdə tutulan tədbirlərin kağız üzərində qalmaması və real nəticələrə çevrilməsidir.

Xüsusilə istehlakçının maarifləndirilməsi istiqamətini vacib hesab edirəm. İnsan yalnız aldığı məhsulun təhlükəsiz olduğunu deyil, onun tərkibi, qida dəyəri və sağlam qidalanma baxımından nə ifadə etdiyini də bilməlidir. Bu baxımdan proqram çərçivəsində qida məhsullarının üzərində əlavə və daha anlaşıqlı məlumatların, məhsulların qida xüsusiyyətlərini göstərən ön etiketləmə sistemlərinin tətbiqi mühüm yenilik ola bilər. Amma burada çox vacib bir məsələ var ki, diqqət etməliyik. Məhsulun sağlam, ya sağlam deyil kimi qiymətləndirilməsi hansı meyarlarla müəyyən ediləcək?”

Ekspert əlavə etdi ki, beynəlxalq təcrübədə məhsulun tərkibindəki şəkər, duz, doymuş yağ, enerji dəyəri və digər qida göstəriciləri müəyyən elmi meyarlar əsasında qiymətləndirilir:

“Bəzi ölkələrdə məhsula ümumi qida profili üzrə göstərici verilir, bəzi ölkələrdə isə normadan artıq şəkər, duz və ya yağ barədə istehlakçıya xüsusi xəbərdarlıq edilir. Azərbaycan üçün də bu sistem hazırlanarkən elmi əsaslandırılmış, şəffaf və müstəqil meyarların müəyyənləşdirilməsi çox vacibdir. İstehlakçı bilməlidir ki, məhsulun üzərindəki hər hansı işarə və ya qiymətləndirmə konkret olaraq hansı göstəricilərə əsaslanır.

Asim Vəliyev proqramın icrasının monitorinqi və qiymətləndirilməsinin də vacib olduğunu vurğuladı:

“Digər mühüm məsələ isə proqramın icrasının monitorinqi və qiymətləndirilməsidir. Sərəncama əsasən, bu proses Qida Təhlükəsizliyi Agentliyinin sifarişi ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək. Bu mexanizmin tətbiqi zamanı ölçülə bilən göstəricilərin müəyyənləşdirilməsi və nəticələrin ictimaiyyət üçün mümkün qədər şəffaf təqdim olunması vacibdir. Məncə, dövlət proqramının uğurunu yalnız neçə yoxlama aparılması və ya neçə müəssisənin nəzarətdən keçirilməsi ilə ölçmək düzgün olmaz. Əsas göstərici istehlakçının daha təhlükəsiz və keyfiyyətli qidaya çıxışının nə qədər yaxşılaşması, qida ilə bağlı risklərin azalması və insanların məlumatlılığının artması olmalıdır.

Ümumilikdə proqramı müsbət qiymətləndirirəm. Qarşıdakı əsas məsələ isə qəbul edilmiş bu strateji sənədin real və ölçülə bilən nəticələrə çevrilməsidir. Əgər nəzarət, maarifləndirmə, şəffaflıq və istehlakçı hüquqları paralel şəkildə gücləndirilərsə, 2027–2032-ci illəri qida təhlükəsizliyi sahəsində keyfiyyətli yeni mərhələnin başlanğıcı hesab etmək olar”.

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Sentyabr 2026 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see358

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see322

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see315

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see309

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see307

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see302

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see295

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see288

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see281

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see259

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see248

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see246

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see243

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see241

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see237

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see225

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see203

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri