Qida Təhlükəsizliyi dərsliyi layihəsinin ilkin müzakirəsi keçirilib
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşlığı ilə hazırlanan "Qida Təhlükəsizliyi" adlı dərslik layihəsinin ilkin versiyasının müzakirəsi üçün müəlliflərlə onlayn formatda görüş keçirilib.
XQ xəbər verir ki, görüşdə mərkəz tərəfdən icraçı direktorun müavini Ramil Hüseyn, Dövlət Proqramları şöbəsinin müdiri Lətif Zeynallı və layihənin koordinatoru Günay Rəhimli iştirak ediblər.
İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn layihənin ümumi məqsədləri və əhəmiyyəti barədə məlumat verib. O, dərsliyin qida təhlükəsizliyi sahəsindəki bilikləri geniş auditoriyaya çatdırmaq, eyni zamanda, mütəxəssislərin təliminə töhfə vermək məqsədini daşıdığını vurğulayıb və layihənin uğurla həyata keçirilməsi üçün əməkdaşlığın vacibliyini qeyd edib.
Müəlliflər ilkin versiyalar haqqında məlumat verib, qarşılaşdıqları çətinlikləri təqdim edərək layihənin keyfiyyətinin artırılması və yekun versiyanın etibarlılığının təmin edilməsi üçün təkliflər irəli sürüblər.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) da prosesə cəlb olunub və kitabın yazılmasına öz ekspertləri ilə töhfə verəcək.
Qida təhlükəsizliyi dərsliyinin məqsədi oxuculara bu sahədə nəzəri bilikləri praktiki nümunələrlə birləşdirərək təqdim etmək, eləcə də normativ çərçivələri, institusional yanaşmaları və texnoloji innovasiyaları əhatə etməkdir. Kitab xüsusən gənc mütəxəssislər və tədqiqatçılar üçün istiqamətverici bir vəsait olaraq nəzərdə tutulub.
Görüşdə qarşıya qoyulmuş məqsədlər təhlil edilib, layihənin təkmilləşdirilməsi istiqamətində atılacaq addımlar müəyyənləşdirilib. Həmçinin bu layihənin ölkənin qida təhlükəsizliyi sahəsinə əhəmiyyətli töhfə verəcəyi, etibarlı və istifadəyə yararlı fundamental bir mənbə olaraq akademik və praktiki sahələrdə geniş tətbiq olunacağı vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 28 Yanvar 2026 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















