Qida təhlükəsizliyi olmadan istehsal insan sağlamlığına risk yaradır Qoşqar Təhməzli
Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Ölkənin ərzaq təhlükəsizliyinin sistemli şəkildə təmin edilməsi mühüm strateji əhəmiyyət daşıyır. Belə ki, qida təhlükəsizliyi tələbləri yerinə yetirilmədən ərzaq məhsulları istehsalının və dövriyyəsinin təşkil edilməsi insan sağlamlığı risklərinə yol aça bilər".
Metbuat.az-ın məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Aqrar Biznes Festivallarına həsr olunmuş yekun tədbirdə söyləyib.
O qeyd edib ki,bu baxımdan ərzaq məhsullarının istehsalı, emalı, daşınması, habelə topdan və pərakəndə satışda daxil olmaqla istehlaka qədərki qida təhlükəsizliyi zənciri boyu ciddi nəzarət tədbirləri həyata keçirilir.
"Bu istiqamətdə müxtəlif növ ərzaq məhsullarının satış yarmarkaları, sərgi və festivallarda təqdim edilən məhsullara baytarlıq-sanitariya və sanitariya-gigiyena nəzarəti ciddi şəkildə yerinə yetirilir. Məhsulların ilkin istehsalı və istehsalı sahələri üzrə qida təhlükəsizliyi tələbləri müəyyənləşdirilərək sahibkarlara metodik köməklik göstərilir, müasir beynəlxalq standartların tətbiqi istiqamətində işlər aparılır, eyni zamanda əhali arasında maarifləndirici tədbirlər icra edilir.
Aqrar sahədə innovasiyaların təşviqi, fermer və sahibkarların bilik və imkanlarının genişləndirilməsi, habelə dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi baxımından bu cür festivalların əhəmiyyəti danılmazdır. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşəbbüsü ilə ölkənin müxtəlif regionlarında təşkil olunan Aqrar Biznes Festivalları artıq aqrar sektor üçün mühüm dialoq, bilik və təcrübə mübadiləsi platformasına çevrilmişdir. Agentlik olaraq bu festivallarda fəal iştirak etməklə əsas məqsədimiz aqrar istehsalda təhlükəsizliyin, keyfiyyətin və dayanıqlılığın təmin edilməsini fermer və sahibkarlara birbaşa aydın və praktik mexanizmlər vasitəsilə çatdırmaqdır".
Sevinc İbrahimzadə / Metbuat.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 17 Dekabr 2025 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















