Icma.az
close
up
RU
Qidadan zəhərlənmisinizsə bu preparatları qəbul etməyin!

Qidadan zəhərlənmisinizsə bu preparatları qəbul etməyin!

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Yayda həm uşaqlar, həm də böyüklər arasında rast gəlinən xəstəliklərdən biri də qida zəhərlənmələridir. Qida zəhərlənmələri mikroblar və ya onların toksinləri ilə yoluxmuş qida məhsullarının yeyilməsi nəticəsində meydana gəlir.

Qidaların qəbulundan sonra zəhərlənmə əlamətlərinin meydana çıxması arasındakı müddət bir saatdan 6 saata qədər, eləcə də 2-5 gün arasında dəyişə bilər. Xüsusilə süd məhsulları, yumurta, şokolad, tort, konserv olunmuş qidalar, meyvə və tərəvəzlər, yaşıl tərəvəzlər, dəniz məhsulları, souslar qida zəhərlənmələrinə səbəb olan mikroorqanizmlərin və onların toksinlərinin daşıyıcıları ola bilər. Buna görə də həmin qidaları istifadə edərkən daha diqqətli olmaq məsləhətdir.

Saglamolun.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Tibb Universitetinin İnnovasiya və Təhsilin keyfiyyətinin təminatı şöbəsinin müdiri, I uşaq xəstəlikləri kafedrasının dosenti Nigar Sədiyeva deyib.

Mütəxəssisin sözlərinə görə, qida zəhərlənmələri adətən, anidən başlayır, qarında tutmaşəkilli ağrılar, ürəkbulanma, qusma, ishal, qızdırma ilə müşayiət oluna bilir: "Adətən, yüngül müalicələrlə aradan qaldırıla bilən vəziyyətlər olsa da, bəzi hallarda xəstəxanada yatma göstərişləri yaranır. Xüsusilə bədəndən maye itkisinin ishal və qusma ilə çox olduğu vəziyyətlərdə qısa müddətdə itirilən mayenin, duzların bərpası həyata keçirilməlidir. Əgər xəstədə ürəkbulanma və qusma səbəbindən ağızdan maye qəbulu yoxdursa, o zaman xəstəxana şəraitində damardaxili maye köçürülməsi göstərişdir. Qida zəhərlənmələrində ishal vəziyyəti keçənə qədər bağırsaq hərəkətini artıran qidalar qəbul olunmamalıdır.

Bəzən xəstələr ishalı kəsmək üçün ishal əleyhinə preparatlar qəbul etməyə başlayırlar ki, bu da yolverilməzdir. Çünki nəticədə mikroorqanizmlərin bağırsaqda qalma müddəti uzanır ki, bu da xəstəliyin daha da ağırlaşmasına səbəb olur.

Xüsusilə yaşlılarda, şəkərli diabet, hipertenziya, böyrək, ürək-damar xəstəlikləri, xroniki xəstəliklərdən əziyyət çəkənlərdə qida zəhərlənməsi olarsa, daha ehtiyatlı davranmaq lazımdır.

Qida zəhərlənmələrinin əlamətləri adətən 2-3 gün ərzində davam edir və müalicə ilə aradan qaldırılır. Qusma varsa, qusma əleyhinə dərman preparatları həkim nəzarəti altında təyin oluna bilər. Lakin çox şiddətli qusma və çox maye itkisinə səbəb olacaq ishal varsa və həmin əlamətlərdə 2-3 gün ərzində heç bir geriyə inkişaf yoxdursa, mütləq həkimə müraciət olunmalıdır.

Əgər qida zəhərlənmələrində şikayətlər 24 saat ərzində yaxşılaşmağa doğru getmirsə, xəstənin ağızdan maye qəbulu mümkün deyilsə, yüksək hərarəti, qanlı ishalı varsa və yuxuya meyillilikdə artım müşahidə olunursa, dərhal xəstəxanaya müraciət olunmalıdır".

N.Sədiyeva qida zəhərlənmələrindən qorunmaq üçün tövsiyələrini də verib: "Meyvə və tərəvəzləri bol miqdarda su ilə təmiz yumaq, açıq şəkildə satılan qidaları almamaq, paketlənmiş məhsulları alarkən saxlanma müddətinə diqqət etmək tövsiyə olunur. Su alarkən ağzıbağlı satılan suları almaq, açıq satılan suları qaynatmadan içməmək, balıq, toyuq, mayonez, dəniz məhsulları, süd və süd məhsullarının çox tez xarab ola biləcəyini unutmamaq lazımdır.

Yay fəslinin əvəzedilməz təamlarından olan dondurmalar uyğun bir şəraitdə saxlanılmadıqda onların tərkibi dərhal dəyişir. Nəticədə dondurmaların içərisində bakteriyaların çoxalması üçün asan bir şərait yaranır. Bu səbəbdən dondurmaları güvəndiyiniz yerdən alın və aldıqdan sonra dərhal yeyin. Əgər dərhal yemək mümkün deyilsə, onların soyuducuların buz yerində saxlanılmasını təmin edin".

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 20:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see347

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see331

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see331

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see311

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see308

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see294

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see257

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see251

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see240

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see226

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see217

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see205

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see200

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see197

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see188

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see186

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see184

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see182

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see176

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri