Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

Qıpçaq Biçənək çölləri, Yayıq çayı, Xəzər dənizi

Qıpçaq Biçənək çölləri, Yayıq çayı, Xəzər dənizi

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi

Böyük Avrasiya qurusu e.ə.II-I minilliklərdə çoxsaylı protoTürk/Türk dilli etnosların köç yolları şəbəkəsi ilə örtülü olduğundan, nəticədə, həm də kökənli yaşayış yurdları yaranmış, ilk

dövrlərdə təbii landşaft strukturlarına uyğun, sonralar isə onomastik tərzdə adları əmələ gəlmişdir. Bu xüsusda Qıpçaq və Piçənək çölləri həmin yolların üzərində yerləşməklə yanaşı (qovuşuq halda), yolların şaxələnməsi də bu məkanlarda baş vermişdir.

Yovşan-yulğun, qarağan, gəngiz/saksöyül...ətirli Qıpçaq-Biçənək Köçəri mədəniyyətinin/düzəngahının hüdudları Qara dənizin quzey çöllərinədək uzanır, əski Türk yurdlarının Noqay ocaqları tarixi keçmişin daş yaddaşlarında silinməz izlərlə, o cümlədən, Türk gələnəklərindən qaynaqlanan milli-mənəvi dəyərlərlə zəngindir, “Türk dünyası coğrafiyası”nın şərəfli səhifələrini təşkil edir. Minilliklərdən qaynaqlanan yazılı yaddaşlarda qalanlardan, əski Türk dillərindən yaranan yer adları xüsusilə seçiliCənubi Aral/Ural dağlarının və Xəzər dənizinin geniş düzəngahlarını, Qıpçaq və Biçənək çöllərinin təmas hüdudlarından axan Yayıq çayı (əski Türk dillərində “yayılan”,“yayğın”, “geniş, düzən yerdə yayılan” mənasını verir, yüksək dağ çəmənlərinə deyilən “yaylaq” adı ilə eynidir) düzənlik hövzəsi boyunca Türk-Moğol etnomilli və etnoirqi qollarının gen-qan yaddaşını daşıyan Minqollu tayfa birlikləri haqqında tarixi-coğrafi məlumatlar artıq yazılı ədəbiyyatda XIII əsrdən məlum olmuşdur.

E.ə. V əsrdə yaşamış Q. Herodot (e.ə. 484-425) “Tarix” əsərində Xəzər dənizinin ətrafında Türk dilli xalqların yaşadığını, digər yunan alimi K.Ptolomeyin (100-170) xəritəsində bu çay dil-dialekt təhrifi ilə “Daiks”, 1140-cı ilə aid rus salnamələrində isə “Yaik” kimi yazılıb. Hövzənin Türk etnocoğrafi məkan kimi qiymətləndirilməsi yunan səyyahı, tarixçisi, coğrafiyaşünası Makedoniyalı Patrokl tərəfindən e.ə. 285-282-ci illərdə Xəzər dənizi sahillərindəki səfərləri zamanından məlumdur.

Şərqi Avropa düzənliyində, eləcə də, Qıpçaq-Biçənək düzənlərinin hüdudlarında əski Türk qəbilə-tayfa birliklərinin məskunlaşması, kökənli yurd ocaqlarının yayılması....Müsəlman-Şərq alimlərindən Muhammad ibn Əhməd-Hənəfinin (1448-1524) “Qədim yurdların ətirli gülləri” əsərində ətraflı qeyd edilib...

Rusiya çarı II Yekaterinanın (1729-1796) 26 yanvar 1775-ci il tarixli fərmanı ilə Yayıq çayı “Ural” olaraq dəyişdirilib (əslində bu isim də Türk dilində “aralıq”, “ara məsafəsi” anlamında “aral” sözünün dialekt təhrifidir).

Böyük Avrasiya qurusunu əslində “Türk dünyasının coğrafiyası” kimi qələməvermək olar, çünki, bu Yer kürəsinin sahəcə böyük hissəsi, yəni, 80%-ə qədər məkanı Türk dillərində danışan xalqların tarixən məskunlaşdığı ərazidir. Əski toponimlərin etimoloji təhlili, qədim dövrlərə aid elmi-yazılı mənbələrdə göstərilən coğrafi adlar...bir daha sübut edir ki, yer adlarının dil-leksik tərkibi dövri olaraq dəyişikliklərə uğrasa da ilkin filoloji üslub tarixi-coğrafi keçmişin qorunmasına sübut kimi çıxış edir (qədim yunan alimi K.Ptolomeyin II əsrdə tərtib etdiyi xəritə, timsalında).

Yayıq çayının (Avropa və Asiya qitələrinin sərhəddində yerləşən Cənubi Aral/Ural dağlarının şərq yamacındakı Nazim/Ulduz (816 m) və Yumru Zirvə (1016 m) hündürlüyündən başlayan) sırf Türk mənşəli/məsubluğunu şərtləndirən bir amil də, bu çayın mənbəyinin və mənsəbinin məhz Türk yurdundan da “doğulması”dır. Uzunluğu 2428 km olan bu çay Baş Qurd/Başqurstan diyarından keçməklə Xəzər dənizinədək uzun bir məsafəqət edir, qədim tarixi yerlərdən, ticarət yollarından və cəng meydanlarından axır.

Cənubi Aral/Ural hövzəsinə aid zirvə Rusiya Federasiyasının Dövlət Kadastr/Reyestr sistemində “Арквякрязь” qeyd edilib. Bu orotoponimin etimoloji təhlilində əski Türk dillərinə mənsub iki söz kökü durur-Ər/Ərkyer və Rez/Rəz, Sak/İskit, Quz, Hun...dialektinə uyğun mənalandırılır. Müasir Baş Qurd dilində hər iki söz “Yeri kəsib keçən su” və ya “Axar çay” kimi yozulur. Təbii ki, frazeoloji birləşmə olaraq birinci söz kökü aydın ifadə edilir, ikinci “rez/rəz” sözü “kəsmək” felini yaradır, rus dilində işlədilən “резать” (“kəsmək”) ifadəsinin mənşəyini aydın göstərir.

Dağın adı yaxınlığında axan çaya (Əryək, uzunluğu 13 km) rəğmən qoyulub, minilliklər ərzində dəyişilməz olaraq qalmaqdadır. Əryək çayı Ağçaya soldan tökülür, sonuncu Kama çayının qoludur. Baş Qurd respublikasının ən böyük çayı olan Ağçay, rəsmi olaraq “Aqidel” kimi yazılır, rus dilində “Белая” (uzunluğu 1430 km).

Baş Qurd diyarının ən uzun çayı Ağçay Əsliqul nahiyəsindəki (rus dilində “Учалинский”) Avalyak dağından başlayır. Əsliqul şəhəri Asiya və Avropa qitələrinin sərhəddində yerləşir, Çələbi nahiyəsi ilə qonşudur, əhatəsində Böyük və Kiçik Əsliqul gölləri var.

Ağçayla bağlı süjet 1934-cü ildə çəkilmiş rus-sovet filmi “Çapayev”kinolentində göstərilir, I Dünya və Vətəndaş müharibələrinin qəhrəmanı V.İ.Çapayev (1887-1919) bu çayı üzüb keçərkən...vurulub, Qərbi Qazaxstanın Lbişenski şəhəri yaxınlığında...

”Adidel” hidronimi “Ağ” sifətindən və əski Türk sözü “İtil” (“hərəkət edən”, “iti axan”....) felindən yaranıb (“Şəffaf suyun axması”), nəzərə alsaq ki, Avropa qitəsinin ən uzun və bol su axarı-“Volqa” çayı (3430 km) VI əsrdə Menandra, VI-VIII yüzilliklərdə F.Simokkatı, VIII-IX əsrlərdə Feofan “Xranoqrafiya” əsərində İtil adı ilə qeyd edilib.

SSRİ EA-nın müxbir üzvü, Rusiya EA Tarix institutunun direktoru, tarixçi-şərqşünas A.P.Novotselsov (1933-1995) qeyd edir ki, qədim “erməni” mənbələrində də “Atil” kimi yazılıb bu çayın adı.

Haşiyə. Haqqında çoxlu el deyimləri yaranan, xalq qəhrəmanı V.İ.Çapayevin etnomilli mənsubiyyəti Türk mənşəli olduğunu sübut edir, ulu əcdadlarının İtil çayı hövzəsində, əski Hun-Uyğur tayfalarının bir qolundan- “Çaparlılar nəsli”ndən olduğu bildirilir. Rusiya tarixində xüsusi yer tutan qütb tədqiqatçısı, alim-okeanoloq, Rusiya Ordusunun Ali Baş komandanı, general A.V.Kolçak (1874-1920) Türk generalı İlyas Qolçağ/Kəlçə paşanın (1700-1743) nəslindən olub...

V.İ.Çapayev Qıpçaq çölləri ilə Biçənək düzəngahının sərhəddində, keçmiş Noqay xanlığı ərazisində, Elbiçin/İlbiçin/İlbişin kəndi yaxınlığındakı Yayıq çayı sahilində 1919-cu ilin 05 sentyabr günü vurulub.

Yayıq çayının (XII-XIII əsrlərdə Ulusu adlanıb, aşağı axarlarında eni 18-35 km-ə çatır, hövzəsində irili-xırdalı 800-ə qədər çay axır) hər iki sahilində, hər iki qitədə binə olan yaşayış məntəqələrindən biri də Dəmirlidağ şəhəridir (rus dilində “Магнитогорск”), eyniadlı dağın ətəyində salınıb, 1743-cü ildə müdafiə qalası tikilib yamacında....

Çöl Türklərinin geniş düzəngah yurdlarının nəfəsi ilə yoğrulan intəhasız duyğularının cilovlanmayan ruhları sərhəd tanımadığı məkanlar sırasında (XIV-XVI əsrlərdən başlayaraq) doğma Don çayı və Azov dənizi hövzələri sayılıb və Qazax/Kazak etnogenezisinin qan-gen yaddaşını yaşatmaqdadır. Bu bəşəri qüvvədən çar Rusiyası silahlı/süvari qüvvələr kimi istifadə etməkdədir (Qıpçaq Türkü Mikayıl Buğacın soykökündən olan Y.İ.Puqaçov (1742-1775) 1773-1775-ci illərdə Rusiyada kəndli müharibəsinin rəhbəri olub).

Ümumilikdə Yayıq/Aral/Ural çayı hövzəsinin bütünlüklə əksi dövrlərdən Çöl Türklərinin, Hun-Uyğur,İskit/Sak...tayfalarının yurd ocaqları (Baş Qurd diyarının Əsliqul, eləcə də, Çələbi və Ərənbörk nahiyələri/şəhərləri...) olduğu bu çayın sağ və sol qollarının/ hidronimlərin (156 sayda) etimoloji təhlili ilə də sübut olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 06 Oktyabr 2026 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see464

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see433

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see307

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see304

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see258

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see247

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see241

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see236

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see230

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see224

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see216

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see214

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see213

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see212

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see210

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see201

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see198

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see195

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see193

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri