Qırğız nümayəndə heyəti “ASAN xidmət”in fəaliyyəti ilə tanış olub
Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Noyabrın 25-dən 29-dək Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyinin nümayəndə heyəti “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti və burada tətbiq edilən innovativ həllərlə yaxından tanışlıq məqsədilə ölkəmizdə səfərdə olub.
Səfər bu il aprelin 24-də imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi arasında Qırğız Respublikasında dövlət xidmətləri mərkəzlərinin təkmilləşdirilməsinə dair Anlaşma Memorandumu”nun reallaşdırılması çərçivəsində həyata keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qonaqlara Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Nümayəndə heyətinə “ASAN xidmət” təcrübəsinin qarşı tərəflə paylaşılması məqsədilə Dövlət Agentliyinin aidiyyəti struktur bölmələri tərəfindən geniş təqdimatlar edilib.
Qonaqlar “ASAN xidmət” mərkəzlərində tətbiq olunan innovativ həllərin onlarda yüksək təəssürat yaratdığını və sözügedən təcrübələrin Qırğız Respublikasında tətbiqinin faydalı ola biləcəyini qeyd ediblər.
Bundan əlavə, tərəflər 2025-2027-ci illər üzrə Birgə Əməkdaşlıq Proqramının hazırlanmasına dair müzakirələr aparıblar.
Qonaqlar Bakı və Şamaxı şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərinin, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, “ABAD” publik hüquqi şəxsin, “Bilim
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 29 Noyabr 2024 22:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















