Qırğızıstan Azərbaycan İşgüzar Şurasının yaradılmasına dair sənəd imzalanıb
Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Qırğızıstanın Ticarət və Sənaye Palatası arasında Qırğızıstan-Azərbaycan İşgüzar Şurasının yaradılmasına dair memorandum imzalanıb.
Newscenter.az bu barədə AZPROMO-ya istinadən xəbər verir.
Məlumata görə, qurumun icraçı direktoru Yusif Abdullayevlə Palatanın vitse-prezidenti Avasbek Kerimbayev arasında görüş keçirilib.
Mərkəzi Asiya ölkələri üzrə ticarət nümayəndəsi Səməd Həsənovun iştirakı ilə keçirilən görüşdə Azərbaycan və Qırğızıstan arasında iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri, həmçinin idxal-ixrac əməliyyatlarının genişləndirilməsi və AZPROMO və Mərkəzi Asiya ölkələri üzrə Ticarət Nümayəndəliyinin Palata ilə yeni əməkdaşlıq imkanları müzakirə olunub, qarşılıqlı investisiyaların cəlb edilməsinin və ikitərəfli ticarət dövriyyəsinin artırılmasının, eləcə də biznes missiyalarının mütəmadi təşkilinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, yeni layihələrin müəyyənləşdirilməsi və iki ölkənin işgüzar dairələrinin əməkdaşlığının inkişaf etdirilməsi məqsədi ilə Ticarət Nümayəndəliyi və Palata arasında dekabr ayında Bişkekdə görüşün keçirilməsi nəzərdə tutulur.
Müzakirələr zamanı Azərbaycan tərəfinin iştirakı ilə İssık-Kul gölü sahilində inşa edilən hotel layihəsinin artıq tamamlanma mərhələsində olduğu və obyektin 2026-cı ilin may ayında istifadəyə verilməsinin planlaşdırıldığı bildirilib. Hotelin açılışı çərçivəsində Qırğızıstan-Azərbaycan biznes forumunun təşkil olunması perspektivi də nəzərdən keçirilib.
Cavid
Bu mövzuda digər xəbərlər:Azərbaycan Rusiya İşgüzar Şurasının iclası keçirildi
02 Dekabr 2024 22:57
Azərbaycan Vyetnam İşgüzar Şurasının ilk iclasının tarixi açıqlanıb
14 İyul 2025 17:30
Gülnura Toraliyeva Qırğızıstan Azərbaycan Biznes Şurasının həmsədri seçilib
03 Noyabr 2025 12:12
Bakıda AzərbaycanRusiya İşgüzar Şurasının növbəti
02 Dekabr 2024 19:11
Baxış sayı:19
Bu xəbər 10 Dekabr 2025 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















