Qırğızıstan Prezidenti koreyalı həmkarı ilə əməkdaşlığı müzakirə edəcək Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Azxeber.com saytına istinadən Icma.az xəbər verir.
Qırğızıstan Prezidenti Sadır Japarov Koreya Respublikasına rəsmi səfərə gedib.
AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan KİV-ləri məlumat yayıb.
S.Japarov ilə Koreya Respublikasının Prezidenti Yun Sok Yol və Milli Assambleyanın spikeri U Von Şik arasında ikitərəfli danışıqların aparılması planlaşdırılır.
Tərəflər Qırğızıstan-Koreya ikitərəfli əməkdaşlığını və onların inkişaf perspektivlərini müzakirə edəcək, həmçinin regional və beynəlxalq xarakterli məsələlərlə bağlı fikir mübadiləsi aparacaqlar.
Səfər çərçivəsində Assambleyanın prezidenti və Qlobal İnkişaf İnstitutunun sədri, BMT-nin keçmiş baş katibi Pan Gi Mun ilə görüş keçiriləcək.
Bundan başqa, Qırğızıstan Prezidenti ilə Koreyanın biznes nümayəndələri arasında görüş təşkil olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 04 Dekabr 2024 20:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















