Qırğızıstan rəsmisi: Sosial şəbəkə şirkətləri TDT ölkələrində ofis açmalıdır
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sosial şəbəkə şirkətlərinin Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə ofisləri açılmalıdır.
APA xəbər verir ki, bunu Qırğızıstanın mədəniyyət, informasiya və gənclər nazirliyinin “İnformasiya Siyasəti Departamenti” nin baş mütəxəssisi Zarina Kalmuratova Türk Dövlətləri Təşkilatının Media Forumunda deyib.
“Media savadlılığının artırılması çox vacibdir. Media savadlılığı sadəcə dezinformasiyanın həqiqi məlumatdan ayırd etmək bacarığı ilə məhdudlaşmamalıdır. Nəyi işıqlandırmaq olar? Nəyi diqqət mərkəzinə gətirmək olar? Bu suallar ətrafında düşünülməldir. Qırğızıstanda fake məlumatlardan qorunma qanunu mövcuddur və bu qanun 3 ildir ki, qüvvədədir. Ölkəmizdə qeydiyyatdan keçmiş informasiya agentlikləri hüquqi şəxslərə qarşı dezinformasiya yaydıqda, onların etibarını zədələdikdə, bu agentliklər cəzalandırılır. Lakin, bu dezinformasiyalar “Facebook”, “İnstagram”, “TikTok” kimi platformalardan yayıldıqda, təəssüf ki, onlara qarşı bir şey edə bilmirik. Ona görə də düşünürəm ki, sosial şəbəkələrin TDT ölkələrində ofisləri açılsa yaxşı olar” Qırğızıstanlı ekspert bildirib.
Baxış sayı:104
Bu xəbər 27 Noyabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















