Icma.az
close
up
RU
Qırğızıstana gedən azərbaycanlı: “Çempionatın səviyyəsi gözlədiyimdən də yaxşıdır”

Qırğızıstana gedən azərbaycanlı: “Çempionatın səviyyəsi gözlədiyimdən də yaxşıdır”

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Səbail”dən ayrılan İlkin Muradov karyerasını Qırğızıstanın “Abdış-Ata” klubunda davam etdirəcək. Yarımmüdafiəçi elita klubu ilə 1 illik müqavilə imzalayıb.

Muradov “FutbolPress“ə açıqlamasında keçidindən danışdı:

“Mövsüm bitəndən sonra danışıqlara başladıq və çox düşünmədən gəlməyə qərar verdim. Düzdür, başqa variantlarım da var idi, ancaq düşündüm ki, fürsət yaranmışkən dəyərləndirim”.

Qırğızıstan çempionatının səviyyəsindən söz açan İlkin keçmiş komanda yoldaşı Mirabdulla Abbasovla eyni komandada olmalarına toxundu:

“Çempionatın səviyyəsi gözlədiyimdən də yaxşıdır. Burda yaxşı kollektivlər var. Mirabdulla Abbasovla da danışdım. İndi eyni komandadayıq və demək olar, hər gün söhbətləşirik. Burda Azərbaycan futbolu haqda az-çox məlumatlıdırlar. Avrokuboklarda iştirak edən komandalarımızı tanıyırlar. Futbolçuların da bizim çempionatımızdan xəbərləri var”.

Yarımmüdafiəçi ötən mövsüm sonuncu olaraq elitanı tərk edən “Səbail”dən söz açdı:

“Səbail”lə yaxşı xatirələrim var. Futbolda belə hallar olur. Yəqin ki, son nöqtəni qoya bilmədik. Oyunlar oldu ki, bir qol vurub qələbə qazana bilərdik, ancaq alınmadı. Xal qazana biləcəyimiz oyunlarda xalsız qaldıq. İnanıram ki, “Səbail” yenidən elitaya qayıdacaq”.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 16 İyul 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2066

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see246

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see218

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see203

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see175

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see163

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see161

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see146

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see140

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see138

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see136

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see131

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see129

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri