Icma.az
close
up
RU
Qırğızıstanda 8 noyabr Zəfər Gününün 5 ci ildönümünə həsr olunmuş rəsmi tədbir keçirildi (FOTO/VİDEO)

Qırğızıstanda 8 noyabr Zəfər Gününün 5 ci ildönümünə həsr olunmuş rəsmi tədbir keçirildi (FOTO/VİDEO)

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

8 noyabr Zəfər Gününün 5-ci ildönümü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı Qırğız Respublikası (QR) Joqorku Keneşi (parlament) və Xarici İşlər Nazirliyinə təqdim edilmiş, həmçinin səfirliyin rəsmi internet səhifəsində və sosial media hesablarında paylaşılmışdır. Bundan əlavə, səfirlik tərəfindən hazırlanmış press-reliz Bişkekdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatlara çatdırılmışdır.

Səfirlik tərəfindən 7 noyabr tarixində Qırğız-Türk Manas Universitetində "8 noyabr – Zəfər Gününün 5-ci ildönümü”nə həsr olunmuş rəsmi tədbir və konsert proqramı təşkil edilmişdir. Tədbirdə QR Xarici İşlər nazirinin müavini Meder Abakirov, QR ilk Parlamentinin sabiq sədri Medetxan Şerimkulov, QR-də akkreditə olunmuş Türkiyə, Qazaxıstan, Özbəkistan və Macarıstan səfirləri, Şimali Kipr Ticarət nümayəndəsi, Manas Universitetinin professor-müəllim heyəti, ictimaiyyət və diaspora nümayəndələri, KİV nümayəndələri və digərləri iştirak etmişdir.

Tədbir Azərbaycan klassik poeziyasının nümunəsi olan Abbas Səhədin "Vətənimdir, vətənimdir vətənim” şeiri əsasında hazırlanmış Bayatı-Şiraz muğamı və Qarabağ bülbülünün ifasında bədii təqdimatla açılmış, ardınca 8 noyabr Zəfər Gününə həsr edilmiş videoçarx nümayiş olunmuşdur.

Açılış nitqi ilə çıxış edən Qırğız-Türk Manas Universitetinin prorektoru İsmet Altıntaş Azərbaycan xalqının Vətən müharibəsində əldə etdiyi tarixi qələbənin regionda sülh, təhlükəsizlik və əməkdaşlıq üçün yeni imkanlar yaratdığını vurğulamışdır. O qeyd etmişdir ki, bu Qələbə yalnız Azərbaycan üçün deyil, bütün türk coğrafiyası üçün milli ləyaqətin və birliyin simvoluna çevrilmişdir. Prorektor həmçinin Qarabağın azad edilməsi ilə türk dünyasının siyasi və mənəvi xəritəsində tarixi ədalətin bərpa olunduğunu bildirmişdir.

Səfiri Lətif Qəndilov çıxışında münaqişənin tarixçəsi, müharibənin gedişatı, qələbənin tarixi əhəmiyyəti, müharibədən sonrakı dövr, bərpa və reinteqrasiya prosesləri, eləcə də Cənubi Qafqazda uzunmüddətli sülh və inkişaf perspektivləri barədə geniş məlumat vermişdir. Xüsusi olaraq qeyd edilmişdir ki, qazanılan qələbə Ali Baş Komandan – müdrik siyasətçi İlham Əliyevin incə planlaşdırılmış siyasətinin, xalqın və dövlətin vəhdətinin nəticəsidir. Azərbaycan öz torpaqlarını beynəlxalq hüquqa əsaslanan haqq və ədalət prinsipləri ilə azad etmişdir. Səfir çıxışında həmçinin Qarabağın bərpası üçün həyata keçirilən ağıllı şəhər layihələri, minalardan təmizləmə prosesi və Böyük Qayıdış proqramı barədə məlumat vermiş, çıxışının sonunda qeyd etmişdir ki, regionda uzunmüddətli sabitlik əməkdaşlıq, qarşılıqlı hörmət və iqtisadi tərəqqi üzərində qurulmalıdır.

Tədbirdə diplomatik korpus adından çıxış edən Qazaxıstan Respublikasının səfiri Rapil Joşıbayev bildirmişdir ki, Zəfər Günü bütün türk dünyasının ortaq sevinci və qürurudur. Bu Qələbə sübut etdi ki, tarix boyu bir-birinə dayaq olan xalqlar birlik və həmrəylik içində olduqda heç bir güc onların qarşısında dura bilməz. Azərbaycanın Zəfəri yalnız bir dövlətin qələbəsi deyil, həm də türk dünyasının mənəvi birlik simvoludur.

Türkiyə səfiri Mekin Mustafa Kemal çıxış edərək Azərbaycan xalqını təbrik etmiş, Azərbaycanın qələbəsinin Qafqazda və bölgədə sülh və stabilliyin təminatı üçün mühüm amil olduğunu vurğulamışdır. O, qeyd etmişdir ki, hər zaman Azərbaycanın yanında olacaqlar və sülh anlaşması imzalanması ilə Ermənistanla münasibətlərin normallaşması istiqamətində addımlar atacaqlar. Çıxışının sonunda səfir Azərbaycan səfirliyinə təşəkkürünü bildirmişdir.

Qırğız Respublikasının Parlamentinin sabiq sədri Medetxan Şerimkulov isə vurğulamışdır ki, Azərbaycan xalqının qələbəsi yalnız ərazi bütövlüyünün bərpası deyil, həm də tarixi ədalətin bərpasıdır. O qeyd etmişdir ki, qardaş xalqların birliyi gələcəkdə də bölgədə sülhün təminatçısı olacaqdır. Eyni zamanda Şerimkulov İlham Əliyevi dünyanın aparıcı siyasətçilərindən biri olaraq qiymətləndirmişdir.

Tədbirin bədii hissəsində Zəfər Gününə həsr edilmiş canlı musiqi kompozisiyaları səsləndirilmiş, Azərbaycan musiqi irsinin klassik nümunələri ("Çırpınır Qara Dəniz”, "Yadıma Düşdü” və digərləri) və muğam ifaları təqdim olunmuşdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 Noyabr 2025 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see207

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see161

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see155

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see152

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see144

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see141

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see137

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see134

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see132

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see132

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri