Qırğızıstanda dəhşətli avtoqəza, azı 6 ölü
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bişkek - Oş yolunun 167-ci kilometrliyində 2 minik və 1 yük avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 6 nəfər dünyasını dəyişib, 3 nəfər yaralanıb.
Hadisə "Hyundai Sonata" markalı avtomobilin sürücüsünün səhlənkarlığı üzündən yaşanıb. Belə ki, 34 yaşlı kişi sükan arxasında yuxulayıb və qarşı yola çıxan avtomobil "Mercedes Atego"ya toxunaraq daha sonra "Kia K7" markalı nəqliyyat vasitəsilə baş-başa toqquşub. "Kia"nın sürücüsü və 3 sərnişin, həmçinin günahkar sürücü hadisə yerində dünyasını dəyişib. "Hyundai Sonata"nın qadın sərnişini isə xəstəxanaya aparılarkən yolda keçinib. "Hyundai"da olan digər 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Jayılsk rayon xəstəxanasına çatdırılıblar.
Qeyd edək ki, Çuysk əyalətinin polis idarəsindən verilən məlumata görə hər 2 minik avtomobilinin sürücüsü əvvəllər yol-hərəkət qaydalarını dəfələrlə pozduqlarına görə cərimələniblər.
L.Tağıyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 18 Sentyabr 2026 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















