Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 30 sentyabr, AZƏRTAC
Qırğızıstanda ümumi meşə sahəsi 1993-cü ildən indiyədək 506,3 min hektar artaraq 1 milyon 273 min hektara çatıb.
AZƏRTAC Kabar informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Qırğızıstanın Təbii Sərvətlər, Ekologiya və Texniki Nəzarət Nazirliyi məlumat yayıb. Bildirilib ki, 1993-cü ildə ölkədə meşə sahəsi 767 min hektar olub. Hazırda dövlət meşə fondunun ümumi ərazisi 2,54 milyon hektardır.
Məlumata görə, ölkədə meşələrin mühafizəsi və idarə olunması 40 meşə təsərrüfatı müəssisəsi, ovçuluq müəssisəsi və meşə mühafizə stansiyası tərəfindən həyata keçirilir. Qırğızıstan meşələri əsasən ladin, ardıc və qoz-meyvə meşələrindən ibarətdir.
Nazirlik qeyd edib ki, bu meşələr ölkənin biomüxtəlifliyinin qorunmasında mühüm rol oynayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 30 Sentyabr 2026 16:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















