Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qırğızıstan parlamenti (Joqorku Keneş – Qeyd) növbəti prezident seçkilərinin 27 yanvar 2027-ci ildə keçirilməsini təyin edib.
"Cebheinfo.az" xəbər verir ki, prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarı iclasda iştirak edən 86 deputatın hamısı dəstəkləyib.
Qırğızıstan Konstitusiyasının 80-ci maddəsinin 2-ci hissəsinə əsasən, prezident seçkilərinin tarixini müəyyənləşdirmək səlahiyyəti parlamentə məxsusdur.
Qüvvədə olan seçki haqqında konstitusiya qanununa əsasən, növbəti prezident seçkiləri dövlət başçısının səlahiyyət müddətinin başa çatdığı ildə yanvar ayının dördüncü çərşənbə günü keçirilməlidir. Seçkilərin tarixi səsvermə gününə ən geci dörd ay qalmış parlament tərəfindən müəyyənləşdirilir.
Beləliklə, Qırğızıstanda növbəti prezident seçkiləri 27 yanvar 2027-ci ildə keçiriləcək.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:129
Bu xəbər 24 Sentyabr 2026 09:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















