Qırmızı vərəqədən sonra oyun birtərəfli hal aldı Rüstəm Məmmədov
Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Üçüncü turun açılış oyununda “Karvan-Yevlax” “Zaqatala”nı 3:0 hesabı ilə ilk sıraya yüksəlib.
Bu yay "Zaqatala"nın baş məşqçisi postundan ayrılan Rüstəm Məmmədov bölgə təmsilçisinin performansını dəyərləndirib.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Zaqatala"nın qırmızı vərəqəyə qədər necə bir oyun nümayiş etdirəcəyini öncədən bilmək çətin idi. "Karvan-Yevlax" həm heyət, həm də oyun keyfiyyəti baxımından üstün tərəf idi. Üstəlik, öz meydanında oynadığı üçün təşəbbüsü ələ almağa çalışacağı gözlənilən idi. Lakin matçın 7-ci dəqiqəsində "Zaqatala" futbolçusunun yersiz hərəkətə yol verərək qırmızı kart alması bütün planları alt-üst etdi. Erkən dəqiqələrdən azlıqda qalan komandadan böyük gözləntilərin olması onsuz da real deyildi. Məncə, komandanın 0:3 hesabı ilə məğlub olması belə mövcud vəziyyətdə qəbulolunandır. Ümid edirəm ki, növbəti qarşılaşmalarda bu cür intizamsızlıqlara yol verilməyəcək. Ümumiyyətlə, qırmızı vərəqədən sonra oyun tək tərəfli hal aldı. Qarşılaşmanı izləyərkən aydın görünürdü ki, "Zaqatala" futbolçuları həm azlıqda qaldıqlarına, həm də fiziki baxımdan çatdıra bilmədiklərinə görə rəqibə müqavimət göstərməyi bacarmadılar. "Karvan-Yevlax"ın ev sahibi üstünlüyünü və heyətindəki təcrübəli oyunçuları nəzərə alsaq, 10 nəfərlə belə bir rəqibə qarşı mübarizə aparmaq hədsiz dərəcədə çətin idi. Təəssüf ki, "Zaqatala" faktiki olaraq 7-ci dəqiqədən sonra mübarizəni dayandırmalı oldu. Təbii ki, bu nəticədən müvafiq nəticələr çıxarılacaqdır. "Zaqatala"ya növbəti matçlarda uğurlar arzulayır, daha inamlı və məzmunlu oyun nümayiş etdirəcəklərinə ümid edirəm".
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 17 Sentyabr 2026 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















