Icma.az
close
up
RU
Şüuraltımızın “qırxıncı otağ”ındakılar Sevinc Mürvətqızı yazır

Şüuraltımızın “qırxıncı otağ”ındakılar Sevinc Mürvətqızı yazır

525.az saytına istinadən Icma.az xəbər verir.

Sevinc MÜRVƏTQIZI

Fransız psixoanalitiki Jak Lakanın bu fikri vaxtaşırı həm ağlıma, həm də dilimə gəlir: “Üsulunca basdırılmayan ölülər xortlayar”. Bu cümlədən ilk baxışda qəbir, ölü, torpaq və köhnə sirlərin qoxusu və qorxusu gəlir. Elə bil qədim məzar daşları arasında uğuldayan səsləri eşidirsən.

Amma əslində burada xoflanası bir şey yoxdur - bu fikir insan ruhunun zülmət gecələrdən keçən dönəmlərində unutmağa, basdırmağa çalışıb yadından çıxara bilmədiyi sirli, qaranlıq və qorxunc görünən hər şeyi şüuraltının “qırxıncı otağ”ına ötürüb qapını möhkəmcə bağlamasına aiddir. Bəlkə də çoxumuzun o “qırxıncı otağ”ında “xortlamış ölülərlə” dolu bir qəbiristanlıq var... Orada bir vaxtlar basdırdığımızı düşündüyümüz “cəsədlər” çox vaxt yarımcan olurlar, yaxşı bükmədiyimiz “kəfənləri” yırtıb çıxmaq, ayağa qalxmaq üçün məqam gözləyirlər. Adını çəkməyə, üzləşməyə, qarşı-qarşıya gəlməyə ürək eləmədiyimiz - “palaz altına süpürdüyümüz” uşaqlıq travmaları, itirdiyimiz adamlar, qışqıra bilməyib içimizdə saxladığımız fəryadlar, sonunadək ağlanılmayan göz yaşı, əlvida demədiyimiz  ayrılıqlar, bağışlamadığımız insanlar, deyilməmiş sözlər, boğazımızda düyünlənib qalan suallar - bax, bunların hər biri üsuli-ədəblə basdırmadığımız “ölülər”dir... Bu fikirdəki “ölü” metaforası - keçmişdə yaşanmış, amma sonlandırılmamış emosional hadisələrin, gizlədilmiş ağrıların, üstü örtülmüş itkilərin ruhdakı varlığını təmsil edir. Onlar nə qədər keçmişdə qalsa da, əslində heç vaxt tam anlamıyla yox olmurlar. Və əgər layiqincə, yəni başa düşülərək, qəbul edilərək, mənalandırılaraq  “adam kimi” “basdırılmasalar”, gec-tez şüuraltının dərinliklərindən xortlayaraq geri dönürlər.

İnsan ruhunda düşüncələrin və xatirələrin dərin qatlarında bir zamanlar çözülməmiş, anlam verilə bilinməyən dərin yaralar var. Bu yaralar - yaşanmış və yaxud basdırılmış ağrılar, itkilər və qaranlıq sirlər - sanki “ölülər” kimidir: ötüb keçsə də, tamamilə bitməyib, üstü örtülməyib, tamamilə dəfn edilməyib. Lakanın dediyi  “üsulunca basdırmaq” - yəni üzərlərində düşünmək, başa düşmək, qəbul etmək və şüuraltında səliqə ilə yerləşdirmək deməkdir. Bu “xortlayan ölülər” keçmişin qaranlıq, həll olunmamış məsələlərinin simvoludur, əgər onlar görməzdən gəlinib heç nə olmamış kimi davam edilərsə, yaxud dilə gətirilmədən, işlənmədən üstü bağlanarsa, onlar şüuraltının qaranlıq künclərində, ruhun qəbiristanlığında xortlayıb “dolaşmağa” davam edir, bizi əsir götürür, mənəvi azadlığımızı əlimizdən alır, yaşamağa imkan vermirlər.

Şüuraltının sirlərini öyrəndiyim çoxsaylı təlim və dərslərdən sonra anlamışam ki, insan əslində heç nəyi unutmur, unuda bilmir. Unutduğunu düşünür, amma aysberqin görünməyən hissəsində - şüuraltımızda və ruhumuzun yaddaşında psixoloji, mənəvi olaraq həll etmədiyi nə varsa, səssiz, gizli və inadkar düşmən kimi öz işini görür. Ruhun dərinliyində, şüuraltının “sarayında” elə bir yer var ki, orada zaman başqa cürdür, “keçmiş” deyilən məfhum yoxdur. Orada həmişə - indidir, hər şey indi kimi ağrıyır, indi kimi sevindirir, indi kimi yandırır. Və insan özünə ən böyük pisliyi, ən ağır haqsızlığı  o yeri görməməzliyə vuraraq, üz çevirərək edir. Amma buna da şüuraltı deyərlər, sən onu saymasan, özünü xatırlatmağın min bir yolunu bilir: susduğumuza dair nə varsa, bizi danışdıracaq bir dil tapır: kabus yuxular, ağır xəstəliklər, təkrarlanan toksik münasibətlər, izah edə bilmədiyimiz hisslər və davranışlar şəklində... Beləliklə, Lakan bizi xəbərdar edir ki, ruhun şüuraltı “ölüləri” ilə barışmaq - onları yox saymaq deyil, qorxular, travmalar, yaralarla üzləşmək, onları şüura gətirərək “üsulunca gömmək”dir, - bu yeganə yol, insanın daxili azadlığa, həqiqi özünüdərkə aparan yoludur. Əks halda, keçmişin xortlayan kölgələri daim geri dönərək günümüzü göy əskiyə düyəcək. Zamanı gəldikcə ən sayğılı və layiqincə yası tutulmalıdır ki, onlar da hüzur içində yaddaşın torpağına qarışıb yox olsunlar. Hər kəsin özünəməxsus “yas rituali” ola bilər, fəqət yetər ki, o yas - yaşanaraq, yazılaraq, danışılaraq, ağlanaraq, düşünərək tutulsun. Keçmişi qəbul edib özünü də, o “ölülər”i də bağışlamaq, halallaşıb onları sevgiylə buraxmaq həyatı daha yaşanmalı edir. Hər “ölü” yası tutulmağa layiqdir. Hər bir xatirə, hər bir ağrı, hər bir travma zamanında bizə nələrisə öyrətdiyi üçün, həyatın həqiqətini anlamağımız üçün ustad kimi gəldiyinə görə ehtiramla yola salınmalı, öz adı ilə çağırılmalı, ona bir məzar, bir dua, bir göz yaşı ayrılmalıdır. Bu, onları yerli-dibli unutmaq demək deyil. Əksinə, onları qorxusuz, dərk edərək,  adlandıraraq, qəbul edərək, öz psixoloji xəritəmizdə onlara sayğılı bir yer verərək ruhi dincliklə yoluna davam etməkdir. Çünki insan yalnız keçmişi ilə üzləşəndə, onunla barışanda ruhən, mənən şəfalanıb gələcəyini azad, fərəhli şəkildə qura bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:42
embedMənbə:https://525.az
archiveBu xəbər 10 İyun 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see192

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see187

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see187

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see162

Xırdalanda ŞOK: qadın cinsi əlaqə istəyən ərinin başını yardı

11 Dekabr 2025 19:40see151

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see149

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see149

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see147

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see143

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see138

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see138

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see136

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see132

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see130

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see130

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see129

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see129

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see128

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see125

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri