Icma.az
close
up
RU
Qış fəslində dəriyə qulluq. Effektli maskalar

Qış fəslində dəriyə qulluq. Effektli maskalar

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hər bir qadın üz dərisini cavan və sağlam görmək istəyir. Qışda bu daha problemli olur ki, üz dərisi daim isti və soyuq, quru və nəm havanın növbələşməsinə məruz qalır.

Nəticədə dəri stress vəziyyətinə düşür. Onun müdafiə funksiyaları azalır, dəri qabıq verir, üzərində genişlənmiş kapilyarlar toru, ləkələr əmələ gəlir.

Bu səbəbdən üz dərisinin məhz qış fəslində müdafiəyə və reabilitasiyaya daha çox ehtiyacı var.

Tanınmış kosmetik şirkətlər qış fəsli üçün xüsusi məhsullar buraxır. Bu məhsulların üzərində "qoruyucu" ("защитный") və "qış üçün" ("зимний") qeydləri olur. Bundan əlavə kosmetik vasitənin məhz hansı dəri tipi üçün (quru, yağlı, normal) nəzərdə tutulması haqqında olan qeydinə də mütləq fikir vermək lazımdır. Qışda dəri tez-tez quruyur. Lakin dərisi yağlı olan insanlar hətta qışda quru dəri üçün olan kremlər və s. vasitələrdən istifadə etməməlidir. Quru dəri üçün olan kremlərin tərkibində elə komponentlər var ki, hətta qışda yağlı dəridə civzələrin artmasına səbəb olur.

Saglamolun.az xəbər verir ki, satışda olan "universal" qış kremlərinin istifadəsinə də ehtiyatla yanaşın - bu kremlər hər insana uyğun gəlmir (kosmetoloqla məsləhətləşin və ya dərinizin kiçik bir hissəsində sınayın).

Hər bir kremin tərkibinə (o cümlədən də qış kremlərinin) su daxildir. Bu səbəbdən hətta qış kremlərini evdən çıxmazdan ən azı 30 dəqiqə əvvəl çəkmək lazımdır. Bu bütün su ilə olan prosedurlara da aiddir. Əks halda dəriniz qabıq verəcək və çatlayacaq.

Qış fəslində üz dərisinə qulluğunun əsas qaydası: səhər - qidalanma və müdafiə, axşam - nəmləndirilmə və qidalanma.

Səhərlər dərinin təmizlənməsi zamanı kosmetik gel, köpük və s. bu kimi vasitələrdən imtina etmək daha yaxşı olar. Bu vasitələr dərinin üzərində olan qoruyucu piy qatını dağıdaraq dərini müdafiəsiz edir. Xüsusi termal sudan və ya tərkibində spirt olmayan tonikdən istifadə etdikdən sonra dərinizə xüsusi qoruyucu krem çəkin (nəmləndirici yox!), 15-20 dəqiqə gözlədikdən sonra kremin artığını salfetlə silin və daha sonra dekorativ kosmetikanı çəkin.

Qış aylarında skrablardan tez-tez istifadə etmək olmaz.

Qışda istifadə etdiyiniz dekorativ kosmetikada da müəyyən dəyişiklikər etmək lazımdır. Belə ki, pudra əvəzinə krem-pudradan istifadə edin, dodaq üçün olan parıltını yağlı pomada ilə əvəz edir. Kosmetika dəridə qoruyucu təbəqə yaradır ki, dəriniz daha yaxşı müdafiə olunur. Qışda suya davamlı olan kosmetikadan çox nadir hallarda istifadə edin.

Qışda meyvə və tərəvəzlər az olur ki, orqanizm (o cümlədən də, dəri) vitamin çatışmazlığından əziyyət çəkir. Bu səbəbdən qışda qidalandırıcı maskaları yayla müqayisədə daha tez-tez (həftədə 2-3 dəfə) etmək lazımdır.

Effektli qış maskaları:

1. 2 xörək qaşığı yağlı kəsmik 1 xörək qaşığı zeytun yağı və 1/2 limon şirəsi ilə qarışdırılır və təmiz üz dərisinə çəkilir. Maskanı üzünüzdə 20 dəqiqə ərzində saxlayın.

2. 2 xörək qaşığı xama 1 çay qaşığı şaftalı yağı (apteklərdə və supermarketlərdə satılır) ilə qarışdırılır və təmiz dəriyə şəkilir. Maskanı üzünüzdə 20 dəqiqə saxlayın.

3. Kök sürtgəcin xırda gözündən keçirilir, üzərinə çiy yumurtanın sarısı, 1 qaşıq zeytun yağı və 1/2 limonun şirəsi əlavə olunur və qarışdırılır. Maskanı üzünüzdə 20 dəqiqə saxlayın.

4. 2 xörək qaşığı yulaf yarması unu 1 çay qaşığı ərik yağı və 1 xörək qaşığı kələm şirəsi ilə (kələmi sürtgəcdən keçirin və tənzifdən sıxın) qarışdırılır və təmiz üz dərisinə çəkilir.

Nəzərinizə çatdıraq ki, əgər dəriniz çox yağlıdırsa və üzərində civzələr və sızanaqlar varsa, bu maskalardan istifadə etmək olmaz!

Hər axşam xüsusi gecə qidalandırıcı və nəmləndirici kremlərindən istifadə edin. 20 dəqiqədən sonra kremin artığını dəridən salfetlə silin.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Oktyabr 2026 07:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see406

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see308

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see251

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see237

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see226

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see223

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see211

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see210

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see199

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see192

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see188

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see186

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see185

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see184

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see183

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see183

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see182

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see170

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see169

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri