Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Qış geyimi alarkən bu səhvləri etməyin XƏBƏRDARLIQ

Qış geyimi alarkən bu səhvləri etməyin XƏBƏRDARLIQ

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Havalar soyuduqca qış geyimlərinə tələbat artır. Lakin mağazada qalın və isti görünən hər palto, gödəkçə və sviter soyuqdan qorumaq üçün uyğun olmur. Bəzi geyimlər bir neçə dəfə istifadə edildikdən sonra tüklənir, formasını itirir, rəngi solur və ya gözlənilən istiliyi təmin etmir.

Bəs qış geyimi alarkən hansı detallara diqqət yetirmək lazımdır?

“Yeni Sabah”a mövzu ilə bağlı modelyer-dizayner Şəlalə Maqsudova danışıb. Marqarita pizza

O, keyfiyyətli və uzunömürlü qış geyimlərinin seçimində materialın tərkibinin əsas rol oynadığını bildirib:

“Keyfiyyətli, isti saxlayan və uzunömürlü palto əsasən təbii parçalardan hazırlanmalıdır. Ən yaxşı materiallar bunlardır:  Yun (Kaşmir və ya Tvidd)  ən ideal seçimdir. Xüsusilə kaşmir çox yumşaq, yüngül və isti olur. Adi qoyun yunundan hazırlanan paltolar da küləyi buraxmır və çox istilik saxlayır. 

Dəri və ya Süet: Dəri paltolar küləyə və suya qarşı davamlı olur, düzgün qulluq edildikdə illərlə köhnəlmir”.

Modelyer təbii və süni xəz arasındakı fərqlərə də toxunub:

“Süni və təbii xəz keyfiyyət, istilik və dayanıqlılıq baxımından bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Təbii xəz ən soyuq havalarda belə mükəmməl istilik saxlayır, çünki canlı dərisidir. Süni xəz isə sintetik liflərdən hazırlandığı üçün şaxtalı havalarda təbii xəz qədər isti saxlamaya bilər. Təbii xəz düzgün qulluq edildikdə keyfiyyətini və təzəliyini qoruyub saxlaya bilir. Süni xəz isə daha tez köhnəlir, zamanla tükləri tökülə və ya parlaqlığını itirə bilər.  Təbii xəz "nəfəs alır", yəni havanı buraxır və tərlətmir. Süni xəz sintetik material olduğu üçün bəzən havanı yaxşı keçirmir və bədəni tərlədə bilər. 

Təbii xəz nəmə qarşı həssasdır (qar və ya yağışda islanarsa, xüsusi qulluq tələb edir). Süni xəz isə nəmə bir qədər daha dözümlüdür, lakin o da islananda öz formasını itirə bilər”

Ş.Maqsudova qış geyimi alarkən yalnız onun qalınlığına əsaslanmağın düzgün olmadığını da bildirib:

“Qalın görünən hər geyim isti saxlamır. Bu, tamamilə geyimin hazırlandığı materialdan və parçanın tərkibindən asılıdır.   Sintetik və şişirtmə materiallar: Bəzi geyimlər içərisinə sadəcə hava doldurulduğu və ya ucuz süni materiallardan istifadə olunduğu üçün çox qalın görünür, lakin soyuq havalarda bədəni isti saxlamır. 

Parçanın tərkibi: Əsas olan qalınlıq deyil, parçanın istilik saxlama qabiliyyətidir. Məsələn, incə bir kaşmir və ya təbii yun sviter hətta bir çox qalın sintetik geyimdən daha yaxşı istilik saxlayır. 

Buna görə də geyim seçərkən onun nə qədər qalın olduğuna deyil, tərkibində təbii ipin (yun, kaşmir və s.) olub-olmadığına diqqət etmək lazımdır”.

Modelyer bildirib ki, ucuz geyimlərdə ən zəif nöqtələrdən biri aksesuarlardır. Bundan başqa, astarın keyfiyyəti də diqqətdən kənarda qalmamalıdır:

“Ucuz qış geyimi alarkən onun tez sıradan çıxmaması və funksiyasını yerinə yetirməsi üçün bu əsas detallara mütləq diqqət yetirmək lazımdır:  Tikişlərin səliqəli, sıx və qoşa olub-olmamasını yoxlayın. Zəif tikişlərdən içliklər çıxa və ya tez sökülə bilər. 

Ucuz geyimlərdə ən zəif nöqtə aksesuarlardır.

Astarın keyfiyyəti: Geyimin iç astarının tikişləri dartılmamalı və keyfiyyətsiz, nazik parçadan olmamalıdır ki, qısa müddətdə cırılmasın”.

Əsmətxanım Rzazadə


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 28 Oktyabr 2026 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see682

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see456

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see449

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see415

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see400

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see395

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see357

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see297

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see283

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see280

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see257

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see252

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see241

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see238

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see236

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see233

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see233

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see230

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see224

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri