Icma.az
close
up
RU
Qış Olimpiya Oyunları öncəsi gərginlik FOTO

Qış Olimpiya Oyunları öncəsi gərginlik FOTO

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2026-cı il Qış Olimpiya Oyunları ərəfəsində ABŞ-nin təhlükəsizliklə bağlı qərarı İtaliyada narahatlıq yaradıb. Söhbət ABŞ-nin İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinə (ICE) bağlı bir bölmənin Oyunlar zamanı İtaliyada fəaliyyət göstərəcəyinə dair məlumatdan gedir.

İdman.Biz “APnews”a istinadla xəbər verir ki, sözügedən bölmə ICE-nin tərkibində olan və transmilli cinayətlərlə məşğul olan “Homeland Security Investigations” (HSI) strukturudur. HSI əməkdaşları Olimpiya kimi iri beynəlxalq tədbirlərdə təhlükəsizlik planlaşdırılmasına dəstək məqsədilə xaricə göndərilir. Qeyd olunur ki, onlar ABŞ-də miqrasiya nəzarəti və deportasiya ilə məşğul olan “Enforcement and Removal Operations” (ERO) bölməsinə aid deyil və ERO əməkdaşlarının İtaliyaya göndərilməsi planlaşdırılmayıb.

Lakin bu fərqin ilkin mərhələdə aydın təqdim olunmaması İtaliyada kəskin reaksiyalara səbəb olub. Xüsusilə ABŞ prezidenti Donald Tramp administrasiyasının sərt miqrasiya siyasəti fonunda ICE adının hallanması ictimai narazılığı gücləndirib.

Milan şəhərinin meri Cüzeppe Sala ICE əməkdaşlarının şəhərdə arzuolunmaz olduğunu bildirərək, bu qurumu açıq şəkildə tənqid edib. O, fevralın 6-da keçiriləcək açılış mərasiminə ABŞ vitse-prezidenti Cey Di Vensinin də qatılacağını xatırladıb.

İtaliyanın Daxili İşlər Nazirliyi isə açıqlamasında HSI əməkdaşlarının Milandakı ABŞ konsulluğunda yerləşən nəzarət mərkəzində, yalnız dəstəkçi rolda fəaliyyət göstərəcəyini vurğulayıb. Nazirlik qeyd edib ki, ölkə ərazisində bütün təhlükəsizlik əməliyyatları tam şəkildə İtaliya hakimiyyətinin səlahiyyətində qalacaq.

Beynəlxalq Olimpiya Komitəsi də təhlükəsizliyin ev sahibi ölkənin məsuliyyəti olduğunu açıqlayıb. Qış Olimpiadası üçün İtaliya ərazisində altı mindən çox polis və təhlükəsizlik əməkdaşının cəlb olunacağı bildirilir. Oyunlar Milan şəhərindən Avstriya sərhədinə qədər geniş bir ərazini əhatə edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:412
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 28 Yanvar 2026 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri