Icma.az
close
up
RU
Qış öncəsi Rusiya Ukraynanın enerji obyektlərini hədəfə alır

Qış öncəsi Rusiya Ukraynanın enerji obyektlərini hədəfə alır

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Soyuq havalar öncəsi Rusiya Ukraynanın enerji infrastrukturuna kütləvi hücumlara başlayıb. Dünən belə bir hücum Kiyevin əksər hissəsində, eləcə də bir sıra digər regionlarda elektrik enerjisinin kəsilməsi ilə nəticələnib. Su təchizatında da fasilələr yaranıb.

Bizimyol.info xəbər verir ki, “The Telegraph”ın verdiyi məlumata görə, bu zərbələr Rusiyanın Ukraynanın enerji infrastrukturunu irimiqyaslı bombardmanının dördüncü qışının başlanğıcıdır ki, bu da mülki əhalini istilik və elektrik enerjisiz qoymaq və onların döyüşləri davam etdirmək əzmini zəiflətmək məqsədi daşıyır.

Oktyabrın 3-də Rusiya Xarkov və Poltava vilayətlərindəki obyektlərə 100-ə yaxın pilotsuz uçan aparat və raket zərbələri endirib və bu, müharibənin başlanğıcından bəri Ukraynanın enerji infrastrukturuna ən böyük hücum kimi qeyd edilib.

Bundan sonra Kiyev müttəfiqlərinə bu zərbələr nəticəsində “Naftoqaz”ın təbii qaz hasilat gücünün təxminən 60%-ni məhv etdiyini bildirib. Dəyən bu ziyana görə Ukrayna öz vətəndaşlarını qış boyu yanacaqla təmin etmək üçün yanacaq idxalına təxminən 3 milyard dollar xərcləməli olacaq.

Kiyev G7 ölkələrinə enerji infrastrukturunun təmiri və yanacaq idxalı üçün maliyyə dəstəyi, həmçinin Rusiyanın gələcək hücumlarından qorunmaq üçün əlavə hava hücumundan müdafiə sistemləri üçün müraciət edib.

Nəşr qeyd edib ki, Ukrayna da Rusiyanın neft emalı zavodlarına və boru kəmərlərinə qarşı uzunmüddətli zərbələrin sayını artıraraq, Rusiyanın müharibə aparmaq üçün lazım olan neft və qaz hasilatını əngəlləyib, bütün ölkədə yanacaq qıtlığına və panikaya səbəb olub.

Oktyabrın 10-na keçən gecə Rusiya Ukraynanın enerji infrastruktur obyektlərinə zərbələr endirib, nəticədə bir çox regionlarda elektrik enerjisi kəsilib, yerli hakimiyyət orqanları işıqları kəsib. Kiyevdə Holosiivski, Darnitski, Desnyanski, Dniprovski, Podilski və Svyatoşinski rayonlarında elektrik enerjisi kəsilib.

Zaporojjyada 7 yaşlı uşaq hücum nəticəsində həlak olub. Onun valideynləri yaralanıb. Düşmənin atəşə tutması nəticəsində rayonun qaz infrastrukturu obyektlərinə də ziyan dəyməsi qeydə alınıb.

Rusiyanın Ukraynaya hücumuna reaksiya verən prezident Vladimir Zelenski bunun “qeyri-qanuni və hesablanmış hücum” olduğunu vurğulayıb.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 11 Oktyabr 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri