Icma.az
close
up
RU
“Qısa müddətdə komandadakı problemləri aradan qaldırmaq çətindi” Kukseviç liderlə duelə hazırdı

“Qısa müddətdə komandadakı problemləri aradan qaldırmaq çətindi” Kukseviç liderlə duelə hazırdı

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Sabah futzal üzrə yüksək liqada 11-ci turun oyunları keçiriləcək.

Bu matçlardan birini xüsusi vurğulamağa dəyər. Ona görə ki, lider “Baku Fire”la son çempion “Araz-Naxçıvan” qarşılaşacaq. Paytaxt təmsilçisi meydana liderliyini möhkəmləndirmək, “qırmızı-ağlar” isə aradakı 4 xal fərqini “əritmək” məqsədilə çıxacaq. Təbii ki, belə əhəmiyyətli oyunda məğlub olmaq hər bir komandanın çempionluq hədəfinə ciddi zərbədi. Lakin bu mənada naxçıvanlıların durumu daha çətindi. Onların uduzması xal fərqinin 7-ə çatmasıyla nəticələnəcək.
Odu ki, düşərgədəki vəziyyət, hazırlıq prosesi və komandanın durumu haqda ətraflı məlumata ehtiyac duyduq. Bu məqsədlə əlaqə saxladığımız “Araz-Naxçıvan”ın baş məşqçisi Yevgenki Kukseviçin “Football-plus.az”a söylədikləri:

“Bir ay ərzində intensiv məqşlər etdik, böyük əmək sayəsində ilk iki oyunda böyükhesablı qələbələr qazandıq. Bu oyunlar göstərdi ki, doğru yoldayıq. Komandam həm fiziki, həm də psixoloji baxımdan yaxşı durumdadı. Özüm də həmçinin. Oyunçularımın inamlı çıxış edəcəyinə, qələbə qazanacağına inanıram. Güman edirəm ki, meydanda ən yaxşı oyunumuzu göstərə biləcəyik. “Baku Fire” ilə xal fərqinin 4-ə bərabər olması oyunun prinsipiallığını daha da artırır. Xal itirmək çempionluq şanslarımıza böyük təsir edəcək. Bunun fərqindəyik. Bütün gücümüzü səfərbər etməliyik. O başqa məsələ ki, qısa müddətdə komandadakı problemləri aradan qaldırmaq çətindi. Mümkün qədər yaxşı hazırlaşırıq. Sabahkı oyun hər şeyi göstərəcək. İnanıram ki, oyunçularımın mənə, mənim də onlara olan inamımın vəhdəti öz nəticəsini göstərəcək. İtkilərə gəlincə, Əlirza Rüstəmli əməliyyat olunub. Sıraya dönməsi üçün martın sonuna qədər vaxt lazımdı”.


Xəbər verdiyimiz kimi, “Araz-Naxçıvan” Caike Aledes De Oliveyranın komandanı tərk etməsinə mane ola bilməyib. Bəs, bu məqam kollektivin ümumi performansına nənfi təsir edə bilərmi?
Kukseviçin cavabı:

“Düzdü, onun ayrılığı gözlənilməz oldu. Getməsini istəmirdim. Vacib oyundan əvvəl belə hadisənin yaşanması üzücü haldı. Lakin bunun komandama mənfi təsir etməsinə icazə verə bilmərəm. Oyuna tam gücümüzlə çıxıb qələbə qazanmalıyıq”.


Rusiyalı mütəxəssis azarkeşlərə də səsləndi:

“Fürsətdən istifadə edib futzalsevərləri qarşılaşmanı canlı izləməyə dəvət edirəm. Onların yaxşı oyun izləməsi və bundan zövq alması üçün hər şeyi edəcəyik”.


Xatırladaq ki, Bakı İdman Sarayında keçiriləcək matç sabah saat 14.00-da başlayacaq.
KƏNAN BAHADIR
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Fevral 2025 22:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri