Icma.az
close
up
RU
Qışla bərabər gələn təhlükə: Əhalini bunlar gözləyir Yeni Sabah

Qışla bərabər gələn təhlükə: Əhalini bunlar gözləyir Yeni Sabah

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Payızdan qışa keçid təbiətin gözəl bir dəyişikliyidir. Yarpaqların rəngini itirməsi və havaların soyuması ilə təbiət yavaş-yavaş qışın sakitliyinə hazırlanır. Bu dövr qızılı və narıncı tonlardan boz və ağ rənglərin hakim olduğu mənzərələrə keçidin başlanğıcıdır.

Temperatur azalır, küləklər daha sərt olur, yağışlar daha sıxlaşır və bəzi bölgələrdə qar yağmağa başlayır. Təbiətdəki bu dəyişiklik nə qədər romantik və cazibədar bir tərzdə izah olunsa da insan orqanizmi üçün bu sözü demək elə də asan deyil. Çünki fəsil dəyişkənliyi səhhətimizdə də müəyyən dəyişikliklərə səbəb olur.

Bəs payızdan qışa keçid zamanı mövcud təsirlərdən necə qoruna bilərik?

Yenisabah.az xəbər verir ki, qışa keçid zamanı bir sıra problemlərlə qarşılaşmaq qaçınılmazdır:

1. İmmunitet zəifləməsi və xəstəliklər

Temperatur dəyişikliyi bədənin immunitetini zəiflədə bilər. Soyuqdəymə, qrip və digər respirator infeksiyalara yoluxma riski artır. Vitamin D səviyyəsi azaldığı üçün immunitet sistemi zəifləyə bilər.

2. Mövsümi depressiya (SAD)

Gün işığının azalması serotonin səviyyəsini azalda bilər ki, bu da əhval-ruhiyyənin pisləşməsinə, hətta mövsümi depressiyaya gətirib çıxarır.Yorğunluq, motivasiya azlığı və konsentrasiya problemləri müşahidə edilə bilər.

3. Dəri problemləri

Soyuq hava və aşağı rütubət dərinin qurumasına səbəb ola bilər. Əl, üz və dodaqlarda çatlar və qıcıqlanmalar yaranır.

4. Yuxu pozğunluqları

Günün qısa olması bədənin bioloji ritmini pozur, yuxusuzluq və ya artıq yuxululuq kimi problemlər yaranır.

5. Enerji çatışmazlığı və yorğunluq

Günəş işığının azalması melatonin səviyyəsini artıraraq yorğunluq hissini gücləndirə bilər. Qidalanma vərdişlərində dəyişikliklər də enerjinin aşağı düşməsinə səbəb ola bilər.

6. Ağırlaşan revmatik və ya oynaq ağrıları

Soyuq hava oynaq və əzələ ağrılarını artırır, xüsusilə də revmatik problemləri olan insanlarda bu aydın şəkildə hiss edilir.

7. Allergik reaksiyalar

Payızdan qışa keçiddə bəzi insanlar toz, kif və ya ev heyvanlarından qaynaqlanan allergik reaksiyalarla üzləşə bilər.

8. Ürək-damar xəstəliklərinin riski

Soyuq hava qan damarlarının daralmasına səbəb olur ki, bu da qan təzyiqini artıraraq ürək-damar sistemini risk altına sala bilər.

Nə etməli?

Qidalanma: İmmuniteti gücləndirən vitamin və minerallarla zəngin qidalar qəbul edin (C vitamini, sink, omeqa-3).

Fiziki aktivlik: Mümkün qədər açıq havada hərəkət edin və günəş işığından faydalanın.

Dəriyə qulluq: Nəmləndiricilər və qoruyucu kremlər istifadə edin.

Ruh sağlamlığı: Meditasiya, mütəmadi sosial əlaqələr və hobbilərlə məşğul olun.

Bu tövsiyələr qış fəslinə daha sağlam keçid etməyə kömək edə bilər.

Aytac Şahin


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 16 Noyabr 2024 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri