Icma.az
close
up
RU
Qivami Rəhimli: .... murada çatmaq üçün Heydər Əliyev böyük cəsarətə və sarsılmaz iradəyə malik olmuşdu

Qivami Rəhimli: .... murada çatmaq üçün Heydər Əliyev böyük cəsarətə və sarsılmaz iradəyə malik olmuşdu

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 10 may, AZƏRTAC

10 mayda dünyaya göz açan Heydər Əliyev çox keşməkeşli bir ömür yolu keçmişdir. Böyük ömür yolunda arzularını gerçəkləşdirmək, murada çatmaq üçün Heydər Əliyev böyük cəsarətə və sarsılmaz iradəyə malik olmuşdu.

Bu sətirləri yazan BDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru, bp şirkətinin hökumətlə işlər üzrə baş müşaviri Qivami Rəhimli Heydər Əliyevlə bağlı xatirələrini AZƏRTAC-la bölüşüb. Onun fikirlərini təqdim edirik.

Bu fotoşəkillərdə gördüyüm Heydər Əliyev obrazları mənim üçün sanki sehrli bir tarixin canlanmasıdır.

Azərbaycanın müstəqilliyinin ilk illəri çətin və keşməkeşli keçdiyi bir vaxtda, - 1993-cü ildə Heydər Əliyev siyasi səhnəyə qayıtdı. Ulu Öndər bütün bu çətinlikləri dəf edərək 20 sentyabr 1994-cü ildə Azərbaycanın strateji inkişaf yolunun başlanğıcı sayılan “Əsrin müqaviləsi”ni reallaşdıra bildi. Bu müqavilə neft ehtiyatlarına qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlərdən sayılır.

Heydər Əliyevin uğurlu neft strategiyasının şahidi olan bp şirkəti AÇQ yatağından “ilkin neft”in çıxarılması münasibətlə rəmzi məna daşıyan, müstəqil Azərbaycanın beynəlxalq simvolu kimi Böyük Britaniya kraliçasına ithaf edilmiş orijinal gül növlərindən xüsusi olaraq “Prezident Heydər Əliyev sülh qızılgülü” növü yetişdirilmişdi. Bu yeni qızılgül növü Beynəlxalq Qızılgül Cəmiyyətində Ulu Öndərin şərəfinə qeydiyyatdan keçmişdi.1997-ci il noyabrın 12-də keçirilən “ilkin neft” tədbirində çıxış edən ABƏŞ prezidenti “Terri Adams” şirkətin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı ilə birlikdə həmin qızılgülün rəsmi botanik şəklini Heydər Əliyevə hədiyyə edərək qeyd etmişdi ki, bu gülün 200 tingi Prezidentin seçəcəyi yerlərdə əkilmək üçün Bakıya gətiriləcək. Mən Londonda gətirilmiş “Prezident Heydər Əliyev sülh qızılgülü”nün tinglərini əkmək üçün Prezident Aparatına və Mərdəkandakı Nəbatat Bağına şəxsən təqdim etmişəm.

Azərbaycan - Norveç Dostluq Cəmiyyətinin prezidenti kimi mən Heydər Əliyevlə bir sıra görüşlərdə iştirak etmiş və onun müdrik keyfiyyətlərinin şahidi olmuşam. Ulu öndərlə görüşdüyüm zamanları, onun necə səmimi, məlumatlı və qətiyyətli olduğunu çox yaxşı xatırlayıram.

1996-ci ilin aprel ayında Prezident Heydər Əliyevin Qərbi Avropa ölkələrinə rəsmi səfəri zamanı o məni Azərbaycanla Norveç arasında ikitərəfli münasibətlərin inkişafına töhfə vermiş bir şəxs kimi dövlət nümayəndə heyətinin tərkibinə daxil etmişdi. Mən nümayəndə heyətində yeganə qeyri-hökumət nümayəndəsi idim və bu, Ulu Öndərin diaspora işinə verdiyi önəmdən irəli gəlirdi. Norveç və qonşu Skandinaviya ölkələrindəki Azərbaycan diasporu ilə görüşü təşkil etməyi Heydər Əliyev mənə həvalə edilmişdi.

2001-ci il noyabrın 9-da keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayında Heydər Əliyevin söylədiyi məşhur nitq xaricdəki soydaşlarımız üçün tarixi əhəmiyyət daşıyırdı. Onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” ifadəsi bütün azərbaycanlıların dillər əzbərinə çevrildi.

Bu videoya baxanda - https://youtu.be/X5Hz21BSUts?si=2cUVnhSG6gdfaDWU - Heydər Əliyevin duyğuları məni hər dəfə kövrəldir. Bu duyğular milli liderin xarakterinə maraqlı bir ölçü qatır və onun həyata münasibətini əks etdirir.

Heydər Əliyev ölkəsini və onun tarixini çox sevirdi. Tarixi çox yaxşı bilirdi və çox gözəl dərk edirdi ki, tarix təkcə keçmiş deyil, həm də bu gündür. Hər yeni dövr öz növbəsində gələcək nəsillər tərəfindən qiymətləndiriləcəkdir.

Siyasi baxışınız necə olursa-olsun, Heydər Əliyevin ölkəmizə və onun hüdudlarından kənarda göstərdiyi təsir inkar edilməzdir.

Heydər Əliyev siyasətdə uğur üçün vacib olan qeyri-adi şəxsi keyfiyyətlərə sahib idi: güclü arqumentlər irəli sürmək və həmsöhbət olduğu insanları, o cümlədən rəqibləri öz tərəfinə çəkmək bacarığı. Bu da öz növbəsində Heydər Əliyevin qlobal güclərlə balanslaşdırılmış və qarşılıqlı faydalı münasibətlər yaratmasına, Azərbaycanın diplomatik və siyasi sahələrdə böyük üstünlüklər qazanmasına səbəb olmuşdur.

Heydər Əliyevin prezidentliyi dövrü (1993–2003) Azərbaycan üçün etimad və inamla dolu parlaq bir dövr oldu. Azərbaycanlılar üçün o, yalnız Azərbaycanın deyil, bir vaxtlar yer kürəsinin altıda birini əhatə edən böyük bir dövlətin, dünyanın iki super güclərindən biri olan Sovet İttifaqının ən nüfuzlu liderlərindən biri olmuş dahi rəhbər idi. Onun zəngin siyasi təcrübəsi Azərbaycan xalqını çoxsaylı böhranlardan qurtardı.

Bu böyük insanın həyat yolunu başa vurduğu gün düşünürdüm ki, görəsən, o tale dolu həyatında bu qədər dönmə nöqtələrindən keçməsəydi, dünya necə ola bilərdi?

Lakin bu gün xatırladığımız insan bizə qiymətli bir miras qoyub getdi - ən qaranlıq və qeyri-müəyyən anlarda gələcəyə baxmağı, irəliləmək üçün özündə cəsarəti və sarsılmaz iradəni bir vəzifə kimi aşılamağı.

Hazırda Azərbaycanın Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı ilə sıx əlaqələri, onların ölkəmizə verdiyi dəstək, Türkiyə, Pakistan, İsrail, Böyük Britaniya, İtaliya və digər Aİ ölkələri ilə əməkdaşlığı bölgədə geosiyasi mənzərənin nə qədər dəyişdiyini göstərir. Heydər Əliyevin qlobal güclərlə balanslaşdırılmış siyasəti öz bəhrəsini verir.

2020-ci ilin payızında Ermənistanla baş vermiş hərbi münaqişə zamanı Azərbaycanın çoxvektorlu siyasəti bir daha özünü göstərdi. 44 günlük müharibədə Azərbaycan təkcə döyüş meydanında deyil, diplomatiyada da qalib gəldi, beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü bərpa edərək ölkənin Qarabağ bölgəsini işğaldan azad etdi. Ermənistan və Azərbaycan arasında bölgədə davamlı sülhün təmin olunması üçün sülh sazişi razılaşdırıldı - bu da Heydər Əliyevin dövlət strategiyasına uyğun olaraq regionun bütün ölkələri üçün qarşılıqlı faydalı münasibətlərin yaranmasına imkan yaradıb.

Bu tarixi Qələbədən sonra Şuşada keçirilən “Xarıbülbül” festivalında ümummilli lider Heydər Əliyevin Şuşaya həsr olunmuş çıxışının videokadrlarının nümayişi zamanı onun söylədiyi “Şuşa Azərbaycanın gözüdür”, “Biz o torpaqlara mütləq qayıdacağıq” sözləri ata vəsiyyətini gerçəkləşdirən Ali Baş Komandan İlham Əliyevi çox kövrəltmişdi. Qarabağ müharibəsi veteranı kimi mən də Prezidentin keçirdiyi bu kövrək hissləri bütün vətənpərvər azərbaycanlılar kimi 44 gün davam edən müharibə dövründə yaşamışam.

Ulu öndər Heydər Əliyev barədə mətbuat və televiziya verilişlərində mənim də iştirak etdiyim anlar indi xoş xatirələr oyadan bir tarixdir. Tarixin yaxşı təcrübəsini davam etdirmək isə hər birimizin vətəndaşlıq borcudur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 May 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see293

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see190

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see172

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see166

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see160

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

12 Noyabr 2025 08:18see158

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see155

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see148

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see141

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see140

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see139

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see138

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see138

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see137

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see134

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see134

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see132

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see132

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see130

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri