Icma.az
close
up
RU
Qivami Rəhimli: “9 cu Qlobal Bakı Forumunda Nizami irsinə həsr olunmuş təntənə”

Qivami Rəhimli: “9 cu Qlobal Bakı Forumunda Nizami irsinə həsr olunmuş təntənə”

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 20 sentyabr, AZƏRTAC

bp şirkətinin hökumətlə əlaqələr üzrə baş müşaviri, filologiya üzrə fəlsəfə doktoru, BDU-nun dosenti Qivami Rəhimli 9-cu Qlobal Bakı Forumunda “Qələmin Sehri. Nizami Gəncəvinin “Xəmsə”sindən seçilmiş miniatürlər” kitabının təqdimatı barədə təəssüratlarını AZƏRTAC-la bölüşüb.

9-cu Qlobal Bakı Forumu yalnız siyasi diskussiyaları ilə deyil, həm də möhtəşəm mədəni tədbiri ilə yadda qaldı. Bu dəfə Forumun ən parlaq məqamlarından biri Nizami Gəncəvi irsinə həsr olunmuş bir nəşrin – “Qələmin Sehri. Nizami Gəncəvinin “Xəmsə”sindən seçilmiş miniatürlər” kitabının təqdimatı oldu.

“Xəmsə” dünya ədəbiyyatının şah əsərlərindən biri olmaqla yanaşı, Azərbaycan mədəniyyətinin əbədi xəzinəsidir. Beş epik poemadan ibarət olan bu qiymətli xəzinə – Nizaminin sonsuz müdrikliyini, humanist ruhunu və poetik dahiliyini əsrlər boyunca bəşəriyyətə çatdırıb. Dünyanın hər bir yerində könülləri fəth edən bu incilər, yenicə təqdim edilən nəfis topluda orta əsr miniatür sənətinin nadir nümunələri ilə birləşərək oxucunun ruhunu ovsunlayır, təxəyyülünü qanadlandırır.

Kitabın müəllifi, sənətşünaslıq doktoru, professor Cəmilə Həsənzadə Nizami Gəncəvinin “Xəmsə”sindən seçilmiş nadir miniatürləri elmi şərhlərlə zənginləşdirib və bu əsər sadəcə miniatürlər toplusu deyil, həm də tarixlə müasirliyi, Şərqlə Qərbi birləşdirən mədəni körpü rolunu oynayan bir araşdırma olub. 

   

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə hazırlanan bu nəfis nəşr, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə və Prezident İlham Əliyev tərəfindən elan olunmuş “Nizami Gəncəvi İli”nə həm də bp-nin hədiyyəsidir. Kitab Azərbaycan xalqının qədim və zəngin mədəniyyətinin, yüksək milli-mənəvi dəyərlərinin, əsrarəngiz mədəni irsinin və möhtəşəm ədəbi-poetik xəzinəsinin tədqiqi və təbliği fəaliyyətlərinə bp şirkətinin növbəti töhfəsidir.

Bu mədəniyyət hadisəsində bp-nin rolunu Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons xüsusi vurğulayıb. O, çıxışında deyib: “Bu gün təqdim etdiyimiz kitab əsrlər boyu Nizami dühasından ilham almış müəllif və sənətkarların yaratdığı, dünyanın müxtəlif guşələrindən toplanmış incəsənət nümunələri - miniatürlərin unikal toplusudur. Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı olaraq, biz Nizami Gəncəvinin – söz və fikir dahisinin ‘Qələmin Sehri’ni tanıtmaqdan qürur duyuruq”.

Qəri Consun sözləri bp-nin mədəniyyətə verdiyi dəstəyin yalnız sponsorluq deyil, həm də bir tərəfdaşlıq missiyası olduğunu göstərib.

Nəşrin ön sözündə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri – Latviya Respublikasının sabiq Prezidenti Vaira Vike-Freyberqa və Dünya Bankının keçmiş vitse-prezidenti, İsgəndəriyyə kitabxanaçısı İsmayıl Seragəldin bu işə töhfə verən hər kəsə - alimlərə, tərcüməçilərə, redaktorlara, o cümlədən bp-yə və Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevə xüsusi təşəkkürlərini bildiriblər.

9-cu Qlobal Bakı Forumunda dünyanın siyasi liderlərini və mədəniyyət nümayəndələrini bir araya gətirən bu təşəbbüs, Nizaminin ədalət, məhəbbət və müdriklik ideyalarının bu gün də bəşəriyyət üçün yolgöstəricisi olduğunu bir daha nümayiş etdirdi.

Professor Cəmilə Həsənzadə ilə “Qələmin Sehri” kitabının təqdimatından bir neçə dəqiqə öncə yeni araşdırmalar barədə söhbətlər

bp-nin regional prezidenti Qəri Cons professor Həsənzadəyə yaxınlaşaraq onu səmimiyyətlə təbrik edir və miniatürlər toplusu haqqında canlı söhbətə qoşulur

   

Təqdimat zalında kitabın müəllifi professor Cəmilə Həsənzadə ilə yanaşı əyləşərkən, mən yalnız tarixi bir anın şahidi olmaqla bərabər, həm də tanış və dəyərli simaları görməkdən çox məmnun oldum. Onların arasında, bir vaxtlar Səngəçal terminalına səfəri zamanı görüşmək şərəfinə nail olduğum, hazırda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviya Respublikasının sabiq Prezidenti Vaira Vike-Freyberqa var idi. Digər dəyərli qonaq, dünyaca məşhur televiziya aparıcısı və görkəmli tarixçi, BBC-dəki verilişində məni “tarixçi və arxeoloq” kimi dəyərləndirən professor Bettany Hughes idi. Onların iştirakı Nizami irsinin beynəlxalq miqyasda tanınmasının bariz göstəricisi idi.

Bu möhtəşəm tədbir zamanı, “Təbrizin sehrli nağılları” yenidən dünyanı dolaşır” adlı məqaləm yadıma düşdü. Həmin yazıda mən qeyd edirdim ki, əlyazmalar və hekayələr təkcə tarixi xatirəni deyil, həm də kimliyi qoruyur. Yeni nəşr olunmuş “Qələmin Sehri” də həmin yolun davamıdır – əsrlərin müdrikliyini bu günün mədəni dialoqları ilə birləşdirərək Nizaminin hikmət, sevgi və ədalətə dair universal ideyalarını gələcək nəsillərə ərməğan edir.

Həmin günün fotoları isə səmimiyyət və həmrəyliyin anlarını əbədiləşdirir: müəllifin yeni ərsyə gəlmiş əsərə sevgi ilə baxan təbəssümü, bp-nin regional prezidenti Qəri Consun professor Cəmilə Həsənzadəyə yaxınlaşıb şəxsən təşəkkür etməsi, kitab barədə isti və səmimi söhbətlər… Bu görüntülər indi hər kəsi ruhlandıran fədakar bir alimin – enerjisi və əzmi ilə seçilən Cəmilə xanımın – əziz xatirəsinə çevrilib. Amma təəssüf ki, bu yaddaqalan təqdimatdan bir müddət sonra, 27 avqust 2022-ci ildə professor Cəmilə Həsənzadə dünyasını dəyişdi. Vaxtsız gediş “Qələmin Sehri ”ni Cəmilə xanımın Azərbaycan incəsənətinə, tarixinə və ədəbiyyatına həsr etdiyi bir ömrün zirvəsi kimi onun elm yolunun – tədqiqatlarının son mirasına çevirdi. Bu kitab sadəcə incə miniatürlərin toplusu deyil, onun ruhu və baxışı kimi gələcək nəsillərə miras qalacaq bir xatirədir. Onun qoyub getdiyi irs bizə xatırladır ki, elmi axtarışlar yalnız zəka işi deyil, həm də ürəkdən gələn bir sevgidir. Mənim üçün isə professor Cəmilə Həsənzadənin xatirəsi təkcə həmin günlə məhdudlaşmır. Yadımdadı, dəfələrlə o, məni arayıb, dünyanın müxtəlif muzeylərindən incəsənət materiallarının əldə olunması və kitablarının hazırlanması üçün kömək istəyirdi. Həmişə minnətdarlıqla danışırdı. Səsi bəzən duyğudan titrəyirdi, bəzən göz yaşlarını gizlətmirdi. Səciyyəvi təvazökarlığı və uzaqgörənliyi ilə əlavə edirdi ki, “Məndən sonra bu işi bəlkə də heç kim davam etdirə bilməyəcək”.

Onun son arzularından biri Osmanlı və Səfəvi dövrlərinə aid miniatürlər əsasında türk dilində yeni bir kitab hazırlamaq idi. Mən də ona bu işdə dəstək verəcəyimə söz vermişdim. Hətta Tehrandakı muzeydən müvafiq materialları əldə etmiş, Topqapı muzeyindən miniatürlərin alınması üzərində işləyirdim. Təəssüf ki, bu vəd mənim ona verdiyim son vəd olaraq qaldı. Bu, həm mənim üçün onun mənə göstərdiyi inamın, həm də yarımçıq qalan böyük işin kədərli bir xatırlatmasıdır.

Cəmilə xanımın həyatdan vaxtsız gedişi ilə “Qələmin Sehri” onun ömürlük elmi axtarışlarının yekununa çevrildi. Bu kitab indi yalnız bir nəşr deyil – bir ömrün, bir sevginin yadigarıdır və onun hər bir səhifəsi həm milli qürur, həm də qlobal dəyər daşıyır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Sentyabr 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see238

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see236

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see229

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see197

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see190

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see183

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see171

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see168

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see168

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see165

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see162

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see162

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see161

m10 və bir sıra ödəniş sistemlərində PROBLEM YARANDI

04 Fevral 2026 11:01see157

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see157

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see155

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see154

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see151

Zelenski müharibənin bitmə tarixini açıqladı: İlk dəfə etiraf etdi

05 Fevral 2026 00:53see151

Paytaxtın hansı küçələrində sıxlıq var?

04 Fevral 2026 18:40see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri