Icma.az
close
up
RU
Qiyabi təhsillə psixoloq olmaq mümkündür?

Qiyabi təhsillə psixoloq olmaq mümkündür?

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qiyabi təhsil forması bir çox ölkələrdə ya tamamilə ləğv olunub, ya da əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb. 

Ümumiyyətlə, qiyabi təhsilin tətbiqi insanların təhsil alması ilə yanaşı, məşğulluğun təmini məqsədi daşıyır. Məsələn, hazırda Latviyada distant və qiyabi təhsil son illərdə xüsusilə Avropada populyarlıq qazanan və təhsilin əlçatanlığını artıran önəmli bir istiqamətə çevrilib. Bu təhsil formaları həm yerli, həm də xarici tələbələr üçün fərqli üstünlüklər yaradır. 

Distant və qiyabi təhsil sistemləri klassik əyani təhsillə müqayisədə tələbələrə vaxt və məkan baxımından daha çox azadlıq təqdim edir, eyni zamanda təhsil xərclərini azaldır və karyera imkanlarını artırır. Azərbaycanda hazırda çox az sayda ixtisas və universitetlərdə qiyabi təhsil davam etdirilir. Magistratura pilləsində qiyabi təhsil yoxdur. 

Bakalavr pilləsində isə bəzi ixtisaslarda hələ də qiyabi təhsil üzrə qəbul aparılır. Bugünlərdə isə bəzi universitetlərdə psixologiya ixtisası üzrə qiyabi təhsil forması açılması ilə bağlı məlumatlar yayılıb. Qeyd edək ki, Sovet dövründə də Azərbaycanda fəaliyyət göstərən universitetlərin bir çoxunda qiyabi təhsil forması mövcud olub. 

Ancaq bu da bir faktdır ki, bəzi ixtisaslarda qiyabi təhsil siteminin tətbiqi uyğun deyil. Ekspertlərin fikrincə, onlardan biri də məhz psixologiya ixtisasıdır. Psixologiya ixtisası üzrə qiyabi təhsil formasının təşkili nə dərəcədə doğrudur? 

Məsələ ilə bağlı Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli “Cebheinfo.az”-a bildirib ki, son günlər bəzi universitetlərin psixologiya ixtisası üzrə qiyabi təhsil formasını yenidən açması təəssüf doğurur: 

“Halbuki illərdir təhsil islahatlarında qiyabi formanın mərhələli şəkildə məhdudlaşdırılması və ya sıradan çıxarılması gündəmdə idi. Bunun əsas səbəbi  təhsilin keyfiyyətini yüksəltmək, diplomdan çox bilik və bacarığa əsaslanan bir sistem formalaşdırmaq idi. 

Lakin hazırda bəzi ali məktəblərdə bu qərarın əksinə addımlar atılması, xüsusilə də psixologiya kimi insanla birbaşa ünsiyyətə əsaslanan bir ixtisas üzrə bu tədris formasının seçilməsi ciddi narahatlıq doğurur. Psixologiya sadəcə nəzəri bilik yığını deyil. Bu sahədə fəaliyyət göstərən şəxs təkcə kitab oxumaqla kifayətlənməməli, müşahidə etməyi bacarmalı, empatiya qurmalı, insan psixikasını praktik olaraq təhlil etməlidir. 

Bu isə yalnız dərsdə oturmaqla deyil, real insani situasiyalarla üz-üzə qalmaqla, psixoloji mühitlərdə iştirak etməklə formalaşır. Qiyabi təhsil formasında isə tələbə ildə bir neçə dəfə universitetə gəlməklə bu mühitlərdən kənarda qalır. Nəticədə psixologiyanı öyrənmiş olur, amma psixoloq kimi formalaşa bilmir”. 

Ekspertin sözlərinə görə, bəzən belə arqumentlər səslənir ki, universitetdə yalnız psixologiya elmi tədris olunur, empatiya və sosial bacarıqlar isə şəxsi keyfiyyətlərdir və tədris edilmir: 

“Bu fikir qismən doğrudur, lakin universitet həmin keyfiyyətlərin inkişafına şərait yaratmalı, onları nəzərə almalı və praktik imkanlar təmin etməlidir. Əgər bu imkanlar yetərincə yoxdursa, orada yetişən kadr da yalnız kağız üzərində mütəxəssis olur. 

Bu isə nə təhsil alan, nə də gələcəkdə ona müraciət edəcək insanlar üçün faydalı deyil. Ona görə düşünürəm ki, psixologiya kimi sahələr üzrə qiyabi təhsil forması açmaq əvəzinə, mövcud təhsil formalarının keyfiyyətini artırmaq daha məntiqli və cəmiyyət üçün faydalı addım olardı. Təhsil diplom üçün yox, dəyər üçün olmalıdır”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: təhsil psixoloq Əmrah Həsənli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 İyul 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see308

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see302

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see293

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see284

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see268

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see267

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see250

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see243

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see232

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see214

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see198

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see196

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see192

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see190

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see186

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see176

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see171

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see169

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri