Prokurorluq: Cinayətdən sonra qaçıb gizlənən şəxsin qiyabi məsuliyyətə cəlb edilməsi mümkündür
Icma.az bildirir, Apa.az portalına istinadən.
Cinayət törətdikdən sonra qaçıb gizlənən şəxsin məsuliyyətə cəlb edilməsi mümkündür.
APA xəbər verir ki, bunu Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Mahir Abbasov sosial şəbəkədə canlı yayımda deyib.
Bildirib ki, cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edilən şəxsin tapılması və ya barəsində ittiham elan olunması Cinayət Prosessual Məcəlləsi ilə tənzimlənir. Qeyd edilib ki, qanuni qüvvəyə minmiş hökm olmadan əmlaklar müsadirə oluna bilməz. Bu və digər səbəblərə görə, qiyabi icraat qaydaları yaradılıb: "Bunun üçün əsas şərt şəxsin axtarışda olmasıdır. Bununla bağlı media orqanlarında məlumat verilir. Əgər həmin şəxs gəlməsə, o olmadan qiyabi icraatla hökm oxuna bilər. Axtarışda olan şəxs könüllü şəkildə gələrsə, onun iştirakı ilə cinayət prosesi yeni icraatla davam etdirilə bilər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 18 Sentyabr 2025 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















