Qiymət artımının qarşısını almaq üçün heç bir addım atılmır İQTİSADÇI EKSPERT AÇIQLADI
Icma.az, Sia Az portalına istinadən məlumat verir.
"Qiymət artımı müşahidə olunur. Dekabr ayında təkcə 1 faiz infinflyasiya olub. Yanvar ayında da 1 faiz inflyasiya olub. Hər ay demək olar ki, qiymətlər qaxlamağa davam edir. Qiymət artımının qarşısını almaq üçün heç bir addım atılmır, bunun tam əksinə qiymət artımını sürətləndirmək üçün əllərindən gələni edirlər". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib.
Onun sözlərinə görə, dizelin qiymətinin bahalaşması, benzinin qiymətinin bahalaşması, ictimai nəqliyyatda qiymət artımı və daha sonra bu ilin yanvar ayında qazın,işıqın qiymətinin qaldırılması inflyasiyanın olmasına gətirib çıxardır. "Bu xidmətlərdən də demək olar ki, hamı istifadə edir. Əhaliyə neqativ təsiri aradan qaldırmaq üçün dövlət yanvar ayının 1-dən etibarən minimum əmək haqqının 350azn-dən 400 azn-ə qədər qaldırdı, minimum pensiyanı 280 azn-dən 320 azn-ə qədər qaldırdı, inflyasiyanı nəzərə alaraq minimum yaşayış pulunu 285 azn etdi. Dövlət bu addımları ataraq insanların azda olsa yaşayışlarını yaxşılaşdırmaqa çalışırlar. Dövlət qrumlarında maaşları 10 faizə qədər artırırlar, təqaütlərində artması gözlənilir. Dövlətin qərarlarıda, Tarif Şurasının qərarlarıda bu məsələlərdə çox böyük rol oynayır. Tarif Şurası bunları nəzərə alaraq, əhaliyə təsirini azaldaraq pensiyalar artırılır, minumum əmək haqqı artırılır, maaşlar artırılır. Özəl sektora gəldikdə isə, onu deyə bilərəm ki, özəl sektorlar özləri özlərini maliyyələşdirirlər. Buda özəl sektorun imkanları ilə tənzimlənir. İmkanı varsa işçisinin maaşını qaldırır, imkan yoxdursa minumum əməkhaqqı ilə işləməsinə çalışır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 14 Fevral 2025 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















