Icma.az
close
up
RU
Qiymət artır, xidmət dəyişmir Bayram öncəsi vəziyyət necədir?

Qiymət artır, xidmət dəyişmir Bayram öncəsi vəziyyət necədir?

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Yerli turizmdə sahibkarlar müştəri məmnuniyyəti yox, məcburiyyəti satır".
Milli.Az xəbər verir ki, satış və marketinq mütəxəssisi Hüseynov Abbasəli bildirib ki, "Bağlı sərhədlər daxili turizm üçün fürsətdir, amma bazar bunu hələ peşəkar idarə edə bilmir".

2026-cı il Qurban Bayramı ərəfəsində aparılan araşdırmalar göstərir ki, hər 3 nəfərdən 1-i bayram günlərində şəhərdən kənara çıxmağı planlaşdırır. Bu, daxili turizm bazarı üçün ciddi iqtisadi imkan deməkdir. Lakin müşahidələr göstərir ki, Azərbaycanda turizm sektorunun əhəmiyyətli hissəsi bu artan tələbi uzunmüddətli bazar inkişafı kimi deyil, qısamüddətli gəlir fürsəti kimi qiymətləndirir.

Müsahibimiz hesab edir ki, bağlı sərhədlər yerli turizmin inkişafı üçün nadir fürsət yaratsa da, bazarın böyük hissəsi bu imkandan strateji şəkildə yararlana bilmir.

"Hazırda əsas problem tələbin olmaması deyil. Problem ondan ibarətdir ki, bir çox sahibkar bazarda yaranmış məcburi tələbi yanlış idarə edir. Qiymətlərin kəskin artırılması, xidmət keyfiyyətinin isə eyni qalması istehlakçıda narazılıq və etimadsızlıq yaradır. Bu isə uzunmüddətli perspektivdə daxili turizmə zərbə vurur. Daha pisi isə insanları influser və bloqerlərin vasitəsilə aldadıb şəhərdən  yüz kilometirlərlə yolu istirahət mərkəzlərinə ucuz qiymətə gətizdirirlər, sonradan bu kampaniyanın bitdiyini deyirlər..."

Onun fikrincə, turizm sektorunda ilk növbədə qiymət intizamı və gəlir idarəetməsi (Revenue Management) yanaşması tətbiq edilməlidir.

"Qiymət artımı bazar reaksiyasına əsaslana bilər, amma bu, nəzarətsiz olmamalıdır. Demand-based pricing modeli, fərqli müştəri seqmentləri üçün ayrıca paketlər, erkən rezervasiya üstünlükləri və ailə paketləri artıq standart yanaşmaya çevrilməlidir. Məqsəd yalnız bir bayramda maksimum qazanmaq deyil, müştərinin növbəti dəfə də Azərbaycanda istirahəti seçməsini təmin etməkdir."

Hüseynov Abbasəli bildirir ki, Azərbaycanda turizmin əsas problemlərindən biri də vahid və şəffaf satış platformasının olmamasıdır.

"Bu gün müştəri fərqli hotellər arasında şəffaf müqayisə aparmaqda çətinlik çəkir. Yerli turizm üçün vahid marketplace modelinə ehtiyac var. Qiymətlərin, xidmətlərin, real istifadəçi rəylərinin bir platformada toplanması bazarda həm sağlam rəqabət yaradacaq, həm də süni qiymət artımının qarşısını alacaq."

Ekspertə görə, bazarda yalnız satış deyil, xidmət standartlarının idarə olunması da zəifdir.

"Turizmdə marketinq yalnız reklam deyil. Müştərinin ilk zəngdən check-out anına qədər yaşadığı bütün təcrübə marketinqin bir hissəsidir. Cavab sürəti, otaq təmizliyi, personal davranışı və şikayətlərin həlli üzrə minimum xidmət standartları müəyyən edilməlidir. Əks halda, ən yaxşı reklam belə reputasiya itkisini kompensasiya edə bilməz."

Satış və marketinq mütəxəssisi hesab edir ki, Azərbaycanda hotellər və istirahət mərkəzləri CRM və loyallıq proqramlarından da kifayət qədər istifadə etmir.

"Mövcud müştərini geri qaytarmaq yeni müştəri cəlb etməkdən daha ucuzdur. Təkrar rezervasiya endirimləri, fərdiləşdirilmiş təkliflər, referral bonuslar və loyal müştəri proqramları daxili turizmdə standart satış alətinə çevrilməlidir."

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 25 May 2026 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri