“Qiymətləndirmə sahəsi illərdir kənarda qalır
Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.
“Qiymətləndirmə sahəsi illərdir kənarda qalır. Mərkəzi Bankla bu məsələni açıq müzakirə etdik”.
Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədrinin müşaviri Asif İbrahimov deyib. Onun sözlərinə görə, Mərkəzi Bankda ölkənin aparıcı ekspertləri ilə keçirilən ənənəvi görüşdə bank və sığorta sektoru ilə yanaşı, qiymətləndirmə sahəsində mövcud olan ciddi problemlər də gündəmə gətirilib.
“Görüş zamanı bank və sığorta sektorunda tətbiq olunan yeniliklər, korporativ idarəetmə standartları, pul-kredit və fiskal siyasət, devalvasiya riskləri, eləcə də bank sektorunda rəqabətin artırılması məsələləri müzakirə olundu. Lakin əsas diqqət uzun müddətdir diqqətdən kənarda qalan qiymətləndirmə sektoruna yönəldi.
Mərkəzi Bank rəhbərliyinə birbaşa ünvanladığım suallarda vurğuladım ki, bank və sığorta sahəsində ardıcıl tənzimləmələr aparıldığı halda, qiymətləndirmə sektoruna eyni yanaşma sərgilənmir”.
Asif İbrahimov bildirib ki, bu istiqamətdə aparılan müzakirələrin nəticələri növbəti görüşdə təqdim ediləcəyi vurğulanıb. “Hesab edirəm ki, bu yanaşma qiymətləndirmə sektorunun institusional inkişafı və bank sistemi ilə sağlam inteqrasiyası baxımından mühüm addım ola bilər” – deyə ekspert əlavə edib.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 06 Fevral 2026 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















