Icma.az
close
up
RU
Ekspert: Qiymətləndirmə istiqamətləri artırılır

Ekspert: Qiymətləndirmə istiqamətləri artırılır

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

AQC əməyin qiymətləndirilməsi mexanizminin tətbiqinin rəsmi bazarın genişlənməsinə, maliyyə hesabatlılığının güclənməsinə və şəffaflığın tam şəkildə təmin olunmasına şərait yaradacağını bildirir. 

Müstəqil qiymətləndirmə fəaliyyətinə əmək bazarının və əməyin dəyərinin qiymətləndirilməsi istiqamətinin əlavə olunması mümkündür.

Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin üzvü Rüfət Əliyev deyib.

Onun sözlərinə görə, əməyin dəyərləndirilməsi "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna əsasən mövcud 9 istiqamət çərçivəsində, xüsusilə xidmətlərin qiymətləndirilməsi bölməsi üzrə birbaşa və ya dolayı şəkildə öz əksini tapa bilər. "Həm nəzəri, həm də praktik baxımdan əməyin dəyəri klassik qiymətləndirmə yanaşmaları - bazar, xərc və gəlir yanaşmaları əsasında müəyyən edilir".

Rüfət Əliyev beynəlxalq təcrübəyə toxunaraq qeyd edib ki, ABŞ-da əməyin dəyərinin qiymətləndirilməsi artıq geniş yayılmış və institusionallaşmış praktikadır. "Bu sahədə peşəkar qiymətləndiricilər (Valuation Analysts), forensik qiymətləndirmə üzrə ekspertlər, eləcə də HR strukturları və müstəqil qiymətləndirmə şirkətləri fəal iştirak edir. Əməyin dəyəri ilə bağlı qiymətləndirmə hesabatları məhkəmə proseslərində (itirilmiş gəlirin hesablanması, əmək qabiliyyətinin azalması halları), korporativ restrukturizasiya layihələrində, startap və innovasiya təşəbbüslərində, eləcə də birləşmə və satınalmalar (M&A) zamanı geniş istifadə olunur".

Ekspertin sözlərinə görə, ABŞ-da əməkhaqqı dövlət tərəfindən tənzimlənməsə də, əməyin iqtisadi dəyəri çox vaxt məhz qiymətləndirici hesabatlar vasitəsilə əsaslandırılır. "Almaniyada isə bu proses iqtisadi ekspertiza formasında həyata keçirilir və rəsmi tanınmış ekspertlər (Öffentlich bestellter Sachverständiger), həmçinin qiymətləndirmə və konsaltinq şirkətləri tərəfindən aparılır".

Rüfət Əliyev vurğulayıb ki, əmək fəaliyyətinin qiymətləndirilməsinin əsas fəlsəfəsi "idarə etmək üçün ölçmək lazımdır" prinsipinə əsaslanır. "Düzgün qurulmuş fəaliyyət və motivasiya sistemi işçiləri yekun nəticəyə fokuslayır, hədəflərin tez-tez dəyişdirilməsi isə həm işçi, həm də işəgötürən üçün mənfi nəticələr yaradır. Sabit və şəffaf qiymətləndirmə sistemi rəhbərliyə işçilərin etimadını qazanmağa, eyni zamanda strateji qərarların daha əsaslandırılmış şəkildə qəbuluna imkan verir".

O əlavə edib ki, Əmək Fəaliyyətinin Qiymətləndirilməsi əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında, müəyyən zaman intervallarında işçilərin fəaliyyətinin, məhsuldarlığının və inkişaf potensialının obyektiv qiymətləndirilməsini nəzərdə tutur. Bu proses təkcə fərdi işçilərə deyil, komandalara və bütövlükdə şirkətin fəaliyyətinə də tətbiq oluna bilər.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Fevral 2026 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri