Icma.az
close
up
RU
Qiymətlər 3 dəfə artdı: əhali bu qurumdan imtina edir

Qiymətlər 3 dəfə artdı: əhali bu qurumdan imtina edir

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Bugündən Bakıda və aran rayonlarında istiliyin verilməsinə başlanılmalıdır.

Bakupost.az xəbər verir ki, 15 noyabr istiliyin verildiyi gün kimi təyin edilsə də, hələlik yaşayış binaları və obyektlərə istilik verilməyib. Bunun da səbəbi odur ki, “Azəristiliktəchizat” yalnız istiliyin verildiyi gün qazanxanalarının işinə start verir, nəticə etibarilə mənzillərin istiliklə təminatı ənənəvi olaraq bir neçə gün gecikir.

Ümumilikdə isə bu il “Azəristiliktəchizat”ın ciddi abonent itkisi yaşayacağı təxmin edilir. Belə ki, bu il yanvar ayında istiliyə görə qiymət iki dəfə, iyul ayında isə 50 faiz qalxdı. Nəticə etibarilə bir mövsüm ərzində istiliyin qiymətində 3 dəfə artım baş verdi.

Hazırda 1 kv.m üçün ödəniş 45 qəpik təşkil edir. Bu isə o deməkdir ki, yenitikililərdə iki otaqlı (təxminən 70-75 kv.m) mənzilə görə 30-34 manat, 3 otaqlı (təxminən 100 kv.m) mənzilə görə isə 45 manat aylıq istilik pulu ödənilməlidir.

Fərdi kombi sistemində isə iki otaqlı mənzilin isidilməsi üçün istifadə edilən təbii qaza görə ödəniş aylıq maksimum 25-30 manat, üç otaqlı mənzilə görə isə ən çox halda 35 manatdır.

Beləliklə, kombi sistemi “Azəristiliktəchizat”ın təklif etdiyi xidmətdən ucuzdur. Amma bu, “Azəristiliktəchizat”ın yeganə mənfi cəhəti deyil.

Hər mövsümdə istiliyin verilməsi ilə bağlı Bakının müxtəlif ərazilərində saysız-hesabsız şikayətlər olur. Belə ki, ən sərt soyuqlarda qəfildən qəzalar baş verir və yaxud istilik lazım olan səviyyədə olmur, bəzi hallarda evlərə heç 20-25 dərəcəlik istilik gəlmir.

“Azəristiliktəchizat” bu iradlara cavab olaraq boru xətlərinin köhnə olduğunu bildirir və yenilənməsinin onillərlə vaxt ala biləcəyini açıqlayırdı və yəqin ki, yeni mövsümdə də analoji cavablar səsləndiriləcək. Həmçinin istiliyin çox aşağı temperaturda gəlməsi və mənzilləri isitməməsi də “yolda boruların köhnə olması səbəbindən istilik itkisi” ilə izah edilirdi.

“Azəristiliktəchizat” yerüstü borularının izolyasıyasını hələ də aparmayıb, yəni “yolda istilik itkisi” və qəzalar qaçılmazdır.

Bütün bunlar, həm qiymət ucuzluğu, həm qəzalardan sığortalanmaq, eyni zamanda normal istiliklə təminat əhalini kütləvi şəkildə kombi sistemini tətbiq etməyə vadar edir. Bu isə “Azəristiliktəchizat”ın abonent itkisini sürətləndirir. Hazırda xüsusilə yenitikililərdə sakinlərin “Azəristiliktəchizat”ın xidmətindən imtina etməsi kütləviləşib.

“Azəristiliktəchizat” qiymət artımı ilə xərc və qazancını balanslaşdırmağa və yeni layihələr həyata keçirməyə cəhd edirdi. İddialı layihələr içərisində hər məhəllə üzrə qazanxana tikintisi və yeni xətlərin çəkilməsi vardı. Məqsəd insanların kombi sistemindən mümkün qədər imtina etməsi idi. Çünki kombi sistemi həm qaz istehlakını ciddi şəkildə artırır, eyni zamanda, havanın daha çox çirklənməsinə səbəb olur. Qaza qənaət isə istehsalçı ölkə olaraq həmin həcmin də xaricə daha baha satılması və ölkəyə əlavə qazancın gəlməsi deməkdir.

İndi isə qiymət artımı səbəbindən “Azəristiliktəchizat” ASC abonent itkisi yaşayır və bu həm ASC-nin gəlir itkisi deməkdir, həm də enerji-iqtisadi strategiyaya töhfə verməyəcək.

Azər,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 15 Noyabr 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri