Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Qiymətlər artacaq, yoxsa?

Qiymətlər artacaq, yoxsa?

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2025-ci ilin ötən 3 rübündə inflyasiya 5,7 faiz təşkil edib

2025-ci ilin sentyabr ayında ölkəmizdə istehlak qiymətləri indeksi 2024-cü ilin sentyabr ayına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,9 faiz, qeyri-qida məhsulları üzrə 2,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,3 faiz təşkil edib. Ümumilikdə, yanvar-sentyabr aylarında ölkə üzrə inflyasiya əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,7 faiz təşkil edib.

2025-ci il sentyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,7 faiz artaraq 1093,8 manata bərabər olub ki, bu da inflyasiya göstəricinin 2 dəfəyə yaxın üstələnməsi deməkdir.

Qlobal inflyasiya yüksəlməyib

2025-ci ilin ötən yarım ilində inflyasiya bütün region dövlətlərində, qlobal miqyasda yüksəlib. Dünyada inflyasiya prosesləri sabit qalsa da, bir sıra regionlarda artım meyilləri nəzərə çarpıb. BVF-nin avqust ayında dərc etdiyi “Qlobal İqtisadi İcmal” hesabatına əsasən 2025-ci ilin ötən aylarında enerji və kənd təsərrüfatı məhsullarının qiymətləri bir il əvvəlki səviyyəsindən aşağı olub. Bununla belə, Ukrayna və Yaxın Şərqdəki geosiyasi gərginliklərlə bağlı bəzi bazarlarda davam edən tədarük məhdudiyyətləri fonunda hər iki əmtəə qrupunda qiymətlər hələ də COVID-19-dan əvvəlki orta səviyyədən yuxarı qalır. Dünya Bankının qlobal əmtəə bazarları haqqında son hesabatına əsasən 2025-ci ilin 8 ayı ərzində qeyri-enerji məhsulları üzrə qiymət indeksi ötən ilin sonuna nəzərən 3,4 faiz azalıb, lakin bəzi əmtəələrin bahalaşması davam edib. Əsas dəyişən qiymət əmsalı qızılda nəzərə çarpıb, bu əlvan metalın qiyməti son 8 ayda 30 faiz artaraq avqust ayında yeni rekord səviyyəyə çatıb.

Qlobal iqtisadiyyat üzrə ümumi mənzərə ölkələr üzrə inflyasiya gözləntilərini də fərqli istiqamətə səmtləndirir. Belə ki, ABŞ-də təklif şoku kimi çıxış edən tariflərin tədricən istehlak qiymətlərinə ötürülməsi və cari ilin ikinci yarısından etibarən inflyasiya təzyiqləri yaratması gözlənilir. Bəzi digər ölkələrdə isə tariflər inflyasiya təzyiqlərini aşağı salan mənfi tələb şoku kimi çıxış edir. Avrozona bölgəsində isə qismən valyutanın bahalaşması və birdəfəlik fiskal tədbirlər hesabına inflyasiya dinamikasının cüzi səngiyəcəyi gözlənilir. Ümumilikdə, 2025-ci ildə inkişaf etmiş ölkəlöərdə (İEÖ) inflyasiya proqnozu aşağı düşməyəcək, ən nikbn halda sabit qalacaq. İnkişaf etmədkəd olan ölkələrdə (İEOÖ) isə orta dəhliz 2,5-5,4 faiz səviyyəsində fərz edilir.

Sabit inflyasiya uçot dərəcəsinə də təsir edir

2025-ci ilin ötən aylarında dünya miqyasında inflyasiya təzyiqlərinin zəifləməsi, inflyasiyanın hədəf diapazonuna yaxınlaşacağına dair gözləntilər və iqtisadi artım tempinin yavaşlaması fonunda bir sıra mərkəzi banklar monetar siyasəti tədricən yumşaldaraq siyasət faiz dərəcələrini endirib. Bununla yanaşı, davam edən geosiyasi və geoiqtisadi qeyrimüəyyənliklər şəraitində bəzi mərkəzi banklar daha ehtiyatlı mövqe nümayiş etdirərək faiz dərəcələrini sabit saxlayıb. İl ərzində ABŞ Federal Ehtiyat Sistemi inflyasiyanın hədəfdən yüksək olması, iqtisadi fəallığın davam etməsi və əmək bazarındakı dayanıqlılığı, eləcə də iqtisadi qeyri-müəyyənlikləri əsas gətirərək siyasət faiz dərəcəsini 4,25 faizə endirib. axlamışdır. Risklərin olmasına baxmayaraq, inflyasiyanın azalma trayektoriyasında olması və iqtisadi artımın zəifləməsi fonunda İngiltərə Mərkəzi Bankı siyasət faiz dərəcəsini 4,75 faizdən 4,25 faizə aşağı salıb. Avropa Mərkəzi Bankı isə inflyasiyanın hədəfə yaxınlaşması fonunda iqtisadi artımı dəstəkləmək məqsədilə faiz dərəcəsini 3,15 faizdən 2,15-ə endirib. Çin Xalq Bankı da iqtisadi artımı dəstəkləmək məqsədilə siyasət faiz dərəcəsini 10 baza bəndi azaldaraq 3 faizə  endirib. Yaponiya Mərkəzi Bankı inflyasiya risklərinin artdığı şəraitdə qiymət sabitliyinə nail olunması məqsədilə siyasət faiz dərəcəsini 0,25 faizdən 0,50 faizə yüksəldib. Ötən ildən bəri siyasət faizini 21 faiz səviyyəsində sabit saxlayan Rusiya Mərkəzi Bankı, inflyasiya risklərinin zəifləməsi və iqtisadiyyatın balanslı vəziyyətə qayıtması fonunda dövrün sonunda siyasət dərəcəsini bir neçə bənd endirib.

Azərbaycan Mərkəzi Bankının cari il sentyabrın 10-da qəbul etdiyi qərara əsasən, uçot dərəcəsi 7 faiz, faiz dəhlizinin aşağı həddi 6 faiz, faiz dəhlizinin yuxarı həddi isə 8 faiz səviyyəsində dəyişməz saxlanılıb. Qərar ölkədəki mövcud inflyasiya hədəfləri dəhlizinə və gözləntilərə, eləcə də valyuta bazarında vəziyyətə əsasən qəbul edilib. Beləliklə, son qlobal iqtisadi proseslər, daxili makroiqtisadi vəziyyət, valyuta bazarında davam edən sabitlik, həmçinin pul siyasəti qərarlarının ötürücülüyü uçot siyasətində əvvəlki sabit rejimin saxlanılmasını şərtləndirib.

Maliyyə institutlarının gözləntiləri

Ehtimallara görə, xarici faktorlarda əsas rol oynayan mal və əmtəələrin, xüsusilə də qlobal ərzaq bahalaşması gözlənilmir. Baza ssenarisinə əsasən, illik inflyasiyanın hədəf daxilində olacağı, 2025-ci ilin yekununda 5,7 faiz olacağı gözlənilir. Asiya İnkişaf Bankının (AİB) sentyabr hesabatına əsasən, Azərbaycanda 2025-ci ilin yekununda inflyasiya 5,5 faiz təşkil edəcək. Dünya Bankının proqnozlarına görə, qiymət indeksi cari ildə 5,4 faiz, “S&P Global” (S&P) beynəlxalq reytinq agentliyinin fərziyyələrinə görə, 4,3 faiz, Niderlandın “ING Group” qrupunun gözləntilərinə əsasən 4,8 faiz təşkil edəcək. İqtisadiyyat Nazirliyinin proqnozlarında isə ölkəmizdə illik inflyasiyanı 2025-ci ildə 4,6 faiz, 2026-cı ildə 4 faiz səviyyəsində olacağı fərz edilir.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Oktyabr 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see627

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see601

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see597

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see495

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see452

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see411

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see381

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see380

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see342

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see334

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see331

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see323

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see318

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see317

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see312

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see310

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see307

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see301

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see299

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see281
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri