Icma.az
close
up
RU
Qız övladın ailəyə inanılmaz təsiri ortaya çıxdı: Oğlan uşağı üçün narahatlıq

Qız övladın ailəyə inanılmaz təsiri ortaya çıxdı: Oğlan uşağı üçün narahatlıq

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qız övladı böyütməyin valideynlərin beyin sağlamlığına müsbət təsir göstərdiyi məlum olub. Aparılan elmi araşdırmaya görə, qız uşağı olan valideynlərdə yaşlılıq dövründə demans və zehni zəifləmə riski daha aşağıdır. Çinin Hohai Universiteti alimləri tərəfindən aparılan tədqiqat çərçivəsində yüzlərlə yaşlı şəxsin yaddaş və düşünmə qabiliyyəti təhlil edilib. Araşdırmada iştirakçıların ailə strukturu, xüsusilə qız və oğlan övladlarının sayı nəzərə alınıb.

Ahəng psixoloji inkişaf və dəstək ictimai birliyinin sədri, ailə uşaq psixoloqu Vüsalə Əmiraslanova Ölkə.az-a bildirib ki, qız və oğlan övladlarının əsas psixoloji fərqi ondan ibarətdir ki, oğlanlar ümumiyyətlə region olaraq Azərbaycanda daha azad, daha rahat böyüyürlər və onlara uşaqlıqdan demək olar ki, hər şey icazəlidir deyə daha sərbəst olurlar.:

"Amma bir müddətdən sonra valideynlər uşaqları üçün narahat olmağa başlayırlar. Əsasən də oğlanların böyümə prosesində valideynlər daha çox narahat olurlar və düşünürlər ki, onlar hər hansı neqativ bir hərəkət edərlərmi, yaxud da kiminsə işinə qarışarlarmı.

Məsələn, uşaqlara sataşarlarmı, məktəbdə dava düşərmi, yaxud da özlərini müdafiə edə bilərlərmi, yoxsa yox? Valideynlər daim oğlanları mübarizə və müharibə ruhunda böyüdürlər və buna görə də davamlı şəkildə narahat olurlar. Analar ayrı, atalar ayrı düşünür, amma qız övladı olan valideynlər isə daha rahat olurlar. Çünki düşünürlər ki, qız həmişə evdədir, həmişə gözümüzün qabağındadır, daha rahatdır. Pis olanda ağlayır, çətinliyə düşəndə fikrini bildirir.

Oğlanlar isə daha qapanıq olurlar və danışmırlar. Amma düşünürəm ki, burada qız-oğlan fərqi qoymadan ailə dəyərlərini daha üstün tutmaq lazımdır. Yəni ailə dəyərlərində qızlar anaları, oğlanlar isə ataları ilə daha çox ünsiyyətdə olurlar və hər ikisinə də emosional olaraq duyğular analardan ötürülür.

Bu münasibətlərə emosiyanın təsir etdiyini nəzərə alsaq, əsas aparıcı rol ananın üzərinə düşür. Ana uşaqları ilə daha çox danışanda, uşaqlar daha rahat və özgüvənli olurlar, münasibətləri də daha sağlam formalaşır.

Ən böyük problemlərdən biri isə ünsiyyət problemləri çərçivəsində valideynlərin manipulyasiyası, günahlandırma hissləri və müqayisə etmə davranışlarıdır. Bu, qızlarla bağlı olanda qızlar özlərini təsdiqləməyə çalışırlar, amma oğlanlarda təsdiq ehtiyacı daha çox olduğuna görə əksini sübut etməyə cəhd edirlər. Nəticədə isə bu hal beynin inkişafına və davamlı ünsiyyətə mane olur həm uşaqlarda, həm də böyüklərdə".

Həmidə İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 Yanvar 2026 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri