Icma.az
close
up
RU
Qızdırma zamanı yaranan qıcolmalarda diqqət edilməli nüanslar Pediatr AÇIQLADI

Qızdırma zamanı yaranan qıcolmalarda diqqət edilməli nüanslar Pediatr AÇIQLADI

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verildiyi kimi, Astarada 10 aylıq Elcan Həsənzadə vəfat edib. Uşağın hərarəti qalxdıqdan sonra yaxınları onu soda ilə müalicə etməyə çalışıb. Daha sonra vəziyyəti ağırlaşan körpə xəstəxanaya çatdırılsa da, həkimlərin müdaxiləsinə baxmayaraq o, həyatını itirib. 

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında pediatr Şəlalə Poluxova bildirdi ki, Astarada baş verən körpə ölümü ilə bağlı məsələ mütləq araşdırılmalıdır.

"Qıcolma baş veribmi, bu qıcolma febril xarakter daşıyıbmı, yaxud hər hansı metabolik səbəb olubmu, bütün bunların dəqiq öyrənilməsi vacibdir. Hazırda konkret fikir söyləmək mümkün deyil və müvafiq araşdırmalar aparılmalıdır. Ümumiyyətlə qıcolmalar barədə danışdıqda qeyd etmək lazımdır ki, temperatura bağlı qıcolmalar, yəni febril qıcolmalar adətən uşaqların 6 ay ilə 5-6 yaş arası dövründə müşahidə olunur. Statistikaya görə, hər 20 uşaqdan biri 6 yaşına qədər ömründə ən azı bir dəfə febril qıcolma keçirir. Bu hallar daha çox 18-24 ay arasında rast gəlinir və bəzi bölgələrdə göstəricilər daha yüksək ola bilər.

Febril qıcolma dedikdə, qızdırma fonunda baş verən qıcolmalar nəzərdə tutulur. Bu, yalnız yüksək hərarətlə məhdudlaşmır, 37 dərəcə və daha yuxarı temperatur zamanı da müşahidə oluna bilər. Burada əsas məqam qıcolmanın səbəbinin beyində hər hansı infeksiya ilə, məsələn, meningitlə bağlı olmamasıdır. Əsas səbəb uşaqlarda sinir sisteminin hələ tam yetkin olmaması və orqanizmin qızdırmaya verdiyi cavab reaksiyasıdır. Adi virus infeksiyalarından sonra yaranan hərarət belə qıcolmaları tətikləyə bilər. Əgər ailədə febril qıcolma və ya epilepsiya keçirmiş şəxs varsa, risk daha yüksək olur".

Pediatr qeyd etdi ki, qıcolmalar zamanı uşaqda titrəmə, əsmə, gözlərin bir nöqtəyə zillənməsi, dodaqlarda göyərmə, ağızdan köpük gəlməsi kimi əlamətlər müşahidə edilə bilər.

"Bu hallar çox vaxt 1-5 dəqiqə ərzində öz-özünə keçir. Qıcolmadan sonra uşaqda yorğunluq, süstlük, yuxuya meyillilik ola bilər. Belə hallarda valideynlər ilk növbədə sakit qalmalı, uşağı təhlükəsiz yerə uzatmalı və başını yana çevirməlidirlər ki, qusma və ya ifrazatlar tənəffüs yoluna düşməsin. Uşağın ağzına heç bir əşya salmaq olmaz. Əksər hallarda qıcolma beş dəqiqədən az davam edir. Əgər bu müddəti aşarsa, mütləq təcili yardım çağırılmalıdır. Qızdırma olduqda parasetamol və ya ibuprofen kimi dərmanlar verilə bilər, lakin bunlar qıcolmanın qarşısını almır, yalnız uşağın komfortunu təmin edir. Febril qıcolmalar ziyansızdır, uşağın inkişafına və gələcək həyatına təsir göstərmir. Yalnız az hallarda, təqribən 2-3 faiz göstərici ilə gələcəkdə epilepsiya müşahidə edilə bilər. Buna görə də, ilk qıcolma halında belə, uşağın həkim tərəfindən müayinə olunması, lazım gələrsə, elektroensefaloqrafiya və MRT kimi əlavə müayinələrin aparılması vacibdir", - deyə Şəlalə Poluxova vurğuladı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Sentyabr 2025 21:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri