Icma.az
close
up
RU
Qızıl alanlar uduzdu? Bir gecədə kəskin ucuzlaşdı

Qızıl alanlar uduzdu? Bir gecədə kəskin ucuzlaşdı

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Son aylar dünya bazarlarında sürətli bahalaşma ilə diqqət çəkən qızılın qiymətində kəskin geriləmə müşahidə olunur. Beynəlxalq birjalarda, o cümlədən COMEX üzərindən aparılan ticarət əməliyyatlarında qızılın dəyəri təxminən 10%-ə yaxın azalaraq 1 unsiya üçün 4 150 dollara qədər enib. Bu isə qramla hesablandıqda təxminən 133–134 dollar civarında qiymət deməkdir və 2025-ci ilin noyabrından bəri ən aşağı səviyyə kimi qiymətləndirilir. Eyni zamanda, qızılla paralel olaraq gümüş bazarında da ucuzlaşma tendensiyası müşahidə olunur.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Asif İbrahimov bildirib ki, bu vəziyyətin əsas səbəblərini bir neçə makroiqtisadi və maliyyə faktorları ilə izah edə bilərik:
“Qızıl ABŞ dolları ilə qiymətləndirilir və dolların digər valyutalara qarşı möhkəmlənməsi beynəlxalq bazarda qızılın daha baha görünməsinə səbəb olur, bu da tələbin azalmasına yol açır. Faiz dərəcələrinin artması da əsas faktorlardandır. Yüksək faiz mühitində investorlara dövlət istiqrazları və depozitlər daha çox gəlir gətirir, qızıl kimi faiz gəliri verməyən aktivlərin cəlbediciliyi azalır. Qlobal maliyyə bazarlarında investorlar riskli aktivlərə üstünlük verdikdə qızıl kimi təhlükəsiz liman aktivlərinə tələbat azalır. Son göstəricilər ABŞ və Avropa iqtisadiyyatlarında inflyasiya təzyiqlərinin azalacağını göstərir, bu da qızılın əsas investisiya motivi olan inflyasiyaya qarşı sığorta funksiyasını zəiflədir. Bundan başqa qızıl qiymətləri əvvəlki aylarda sürətlə yüksəldiyi üçün bazarda təbii düzəliş, yəni korreksiya baş verir”. 
O deyib ki, ucuzlaşma qlobal maliyyə bazarlarına da təsir göstərir:
“İnvestorlar portfellərində düzəlişlər edərək riskli aktivlərə yönələ bilər, maliyyə likvidliyi və sərmayə axınları buna uyğun dəyişir. Ucuzlaşma qısa müddətli alım fürsətləri yarada bilər və uzunmüddətli perspektivdə qızıl hələ də sərmayəçilər üçün təhlükəsiz liman rolunu qoruyur. Qiymətli metallar bazarındakı hərəkətlər həm investorlar, həm də maliyyə analitikləri üçün diqqətlə izlənir və qlobal iqtisadi göstəricilər bu tendensiyanın davamını müəyyən edəcək”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 Aprel 2026 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri