Qızıl alışına görə Azərbaycan dünyanın ilk 5 ölkəsi sırasındadır FOTO
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2024-cü ilin üçüncü rübünün yekunlarına görə, dünyada qızıl alışına görə ilk beşliyə daxil olub.
Bizim.Media Sputnik-ə istinadən xəbər verir ki, bu barədə Dünya Qızıl Şurasının (WGC) hesabatında deyilir.
Cari ilin yanvar-sentyabr aylarında ARDNF 30 tona yaxın bu qiymətli metalı alıb və beləliklə, oktyabrın 1-nə fondun qızıl ehtiyatı 127 ton təşkil edib ki, bu da illik müqayisədə 17,7% çoxdur.
Bu ilin üç rübü ərzində ən çox qızılı Polşa (60 tondan çox), Türkiyə (təxminən 60 ton), Hindistan (50 tondan çox), Çin (30 tondan çox) və ARDNF (30 tona yaxın) alıb.
Bizim.Media

Türkiyə dünyanın ilk 10 ölkəsi sırasındadır
07 May 2025 00:01
Dünyanın nüfuzlu idman ölkəsi Azərbaycan
26 Dekabr 2024 15:10
Dünyanın ən çox qızıl alan 3 ölkəsi... Türkiyə bu il 72 ton qızıl alıb
06 Dekabr 2024 11:53
Azərbaycan qızıl alışına nə qədər pul xərcləyib? RƏSMİ
18 Dekabr 2024 16:02
Azərbaycan yaşıl artım ölkəsi
03 Mart 2025 12:08

