Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov AQDİM İdarə Heyətinin sədri Fuad Rəsulovu qəbul edib
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Avqustun 1-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) prezidenti, millət vəkili Novruz Aslanov Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş ofisində Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi (AQDİM) İdarə Heyətinin sədri Fuad Rəsulovu qəbul edib. Görüş zamanı tərəflər ölkədə könüllü qan donorluğunun təşviqi, humanitar əməkdaşlıq və ictimai səhiyyənin gücləndirilməsi istiqamətində görüləcək gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Qızıl Aypara Cəmiyyətinin Prezidenti Fuad Rəsulovun bu sahədəki xidmətlərini yüksək qiymətləndirərək ona Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Fəxri Fərmanını təqdim edib.
Tədbir çərçivəsində Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin nümayəndələri də çıxış edərək iki qurum arasında mövcud əməkdaşlığın uğurlarından danışıblar. Onlar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanovun Mərkəzin fəxri üzvü seçilməsini vurğulayıblar.
Görüş qarşılıqlı təşəkkür və xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 01 Avqust 2025 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















