Icma.az
close
up
RU
Qızıl bazarı hansı sürprizi hazırlayır?

Qızıl bazarı hansı sürprizi hazırlayır?

Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, dəyəri altı trilyon dollardan çox olan aktivləri idarə edən bu qurumun analitikləri artımın sonrakı inkişafını da gözləyirlər. Onların hesablamalarına görə, 2026-cı ilin birinci rübündə kotirovkalar bir unsiya üçün 3600 dollar, ikinci rübdə isə bir unsiya üçün 3700 səviyyəsinə çatacaq. Sonuncu qiymət yeni tarixi maksimum olacaq.
Bu proqnoz bir neçə faktorla izah olunur ki, bunlar arasında əsas amillər geosiyasi qeyri-sabitlik, Amerika iqtisadiyyatının struktur problemləri və qlobal miqyasda dollardan uzaqlaşmaq tendensiyadır.
Eyni zamanda, “UBS Global Wealth Management” agentliyi qeyd edir ki, proses ABŞ-nin pul-maliyyə siyasəti ilə bağlıdır: Federal Ehtiyat Sistemi (FES) yenidən faiz dərəcələrini artırmağa məcbur olarsa, bu, investorların qızıla marağını müvəqqəti soyuda bilər.
İlin əvvəlindən qızılın qiyməti artıq 27%-ə yaxın artıb. Bu, hətta ənənəvi olaraq “təhlükəsiz sığınacaq” sayılan aktiv üçün də təsiredici dinamikadır. Artım təkcə qlobal iqtisadi risklər fonunda qorunmaq tələbi ilə deyil, həm də böyük ölkələrin mərkəzi banklarının irimiqyaslı qızıl alışı ilə bağlıdır.
“Qızıla olan tələbin uzunmüddətli hərəkətverici amilləri hələ də qalır. Mərkəzi banklarla yanaşı, institusional investorlar, habelə kapitalı inflyasiyadan və valyuta dalğalanmalarından qorumaq üçün qızıla etibarlı vasitə kimi baxan şəxslərin də marağı artır”, - analitik hesabatda deyilir.
Qurumun strateqləri sənəddə qızılı daha da yüksəldə biləcək amilləri xüsusi olaraq vurğulayırıar. Onların sırasına ABŞ-nin fiskal siyasəti və artan dövlət borcları ilə bağlı qeyri-müəyyənlik, FES-in müstəqilliyinə inamın azalması, ticarət müharibələri və proteksionist tədbirlərlə bağlı struktur riskləri, qlobal iqtisadiyyatda davam edən dollardan uzaqlaşma prosesi və mərkəzi banklardan tələbin davam etməsi daxildir.
Bundan əlavə, ABŞ-də tarif siyasəti və daxili sosial problemlər, o cümlədən qeyri-qanuni immiqrasiyaya qarşı mübarizə nəticəsində yaranan “yapışqan inflyasiya” hələ tam şəkildə özünü göstərməyib. Lakin bu məqam növbəti illərdə pulun dəyərdən düşməsindən qoruya biləcək bir aktiv kimi qızılın lehinə əsas arqumentlərdən birinə çevrilə bilər.
Digər mühüm cəhət isə ABŞ iqtisadiyyatının zəif artımıdır. Onun uzunmüddətli trenddən aşağı olması gözlənilir ki, bu da real faiz dərəcələrinin enməsinə səbəb olacaq.
- Real dərəcələr (inflyasiya nəzərə alınmaqla) qızıl bazarı üçün kritik amildir: onlar nə qədər aşağı düşürsə, qiymətli metal bir o qədər cəlbedici olur. Hərçənd qızıl faiz gəliri yaratmır. İstiqrazlar və depozitlər layiqli gəlir verməyi dayandırdığı şəraitdə qızıl investorlar tərəfindən daha sərfəli alternativ kimi qəbul edilir”, - analitiklər vurğulayırlar.
UBS 2025-ci ildə qlobal qızıl tələbi ilə bağlı proqnozunu üç faiz artıraraq 4760 metrik tona çatdırdı ki, bu da qlobal borc böhranı fonunda qızılın da maraq zirvəsində olduğu 2011-ci ildən bəri ən yüksək göstəricidir.
“UBS Global Wealth Management” 2025-ci ildə qlobal qızıl tələbi ilə bağlı proqnozunu üç faiz artıraraq 4760 metrik tona çatdırıb ki, bu da qlobal borc böhranı fonunda qızılın maraq zirvəsində olduğu 2011-ci ildən bəri ən pik nöqtədir.
“Proqnoz özünü doğrultsa, tələb dünya bazarlarında maksimum turbulentlik dövrləri ilə müqayisə edilə bilən səviyyələrə çatacaq. Əsas artım Asiya ölkələrindən - qızılın ənənəvi olaraq təkcə investisiya kimi deyil, həm də mədəni sərvət kimi fəaliyyət göstərdiyi Çin və Hindistandan gözlənilir”, - materialda bildirilir.
Məhdud daxili investisiya imkanları ilə üzləşən çinli investorlar aktiv şəkildə qızıl alırlar, Hindistan bazarı isə zərgərlik sektorunda yüksək istehlakla davamlı şəkildə dəstəklənir.
Müsbət mənzərəyə baxmayaraq, agentliyin ekspertləri qiymətli metal üçün əsas riskin FES-in siyasəti ilə bağlı olduğu barədə xəbərdarlıq edirlər. Tənzimləyici inflyasiyanı cilovlamaq üçün yenidən faiz dərəcələrini artırmağa qərar verərsə, bu, dolları gücləndirəcək və qısa müddətdə qızılı daha az cəlbedici edəcək.
Bununla belə, uzunmüddətli perspektivdə analitiklər bu riskin məhdud olduğuna inanırlar, çünki zəif iqtisadiyyatda artım templəri tənəzzül gözləntilərini yüksədlə və əksinə, təhlükəsiz sığınacaq aktivlərinə marağı artıra bilər.
Beləliklə, qızılın perspektivləri üçün proqnoz müsbət görünür: qiymətli metal bir anda bir neçə cəbhədə dəstəklənir - geosiyasi qeyri-müəyyənlikdən makroiqtisadi amillərə və qlobal maliyyə arxitekturasındakı dəyişikliklərə qədər.
İnvestorlar üçün bu o deməkdir ki, qızıl qeyri-sabit şəraitdə kapitalın qorunması və artırılması yönündə ən etibarlı alətlərdən biri olaraq qalır və qlobal qiymətli metallar bazarı yeni uzunmüddətli artım mərhələsinə qədəm qoyur.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://azvision.az
archiveBu xəbər 21 Avqust 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri