Icma.az
close
up
RU
Menu

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

Sevdiyiniz musiqi ağrını azalda bilər

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

Qızıl bazarı nəzarətə götürülür

Qızıl bazarı nəzarətə götürülür

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dövlət başçısının bu günlərdə imzaladığı fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Əsasnaməsi təsdiqlənib. Agentlik bundan sonra ölkədə dövlət əyar nəzarətini və qiymətli metalların, qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi və sair sahələrdə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Azərbaycanda zərgərlik bazarı saxta qızıl satışı üçün əlverişli məkana çevrilib. Bu günədək bu sahədə əyar nəzarətinin olmaması keyfiyyətsiz məhsulların kütləvi şəkildə bazara ayaq açması ilə nəticələnib.

Azərbaycan Zərgərlər Assosiasiyasının rəhbəri Toğrul Abbasquliyevin fikrincə, qiymətli daşlara nəzarət çox vacibdir: "Azərbaycan Zərgərlər Assosiasiyası olaraq son dörd il ərzində bir neçə dəfə bu məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət etmişdik. Keçmiş Əyar Palatasının funksiyaları zərgərlik sahəsi üçün çox önəmli idi. Çünki hər bir qiymətli daş laboratoriyadan keçməli, qiymətli metallar əyarlanmalı və damğalanmalıdır. Bu, qızıl bazarı üçün çox önəmli amillərdən biridir. Sahibkarlar üçün vacibdir ki, aralarında ədalətli rəqabət olsun. İstehlakçılar üçün önəmlidir ki, aldıqları məhsulun keyfiyyətinə, əyarına, daşların xüsusiyyətlərinə, həqiqiliyinə əmin olsunlar".

T.Abbasquliyev düşünür ki, damğalanma və digər nüansların bazara müəyyən təsir göstərməsi mümkündür: "Nəzərə alaq ki, bu yenilik qiymətlərin artımına da səbəb ola bilər. Çünki tariflərə əsasən əyarlanma və damğalanma müəyyən bir məbləğ qarşılığında həyata keçirilir. Təbii olaraq sahibkarlar da bunun üçün ödədikləri həmin vəsaitləri zərgərlik məmulatlarının qiymətinin üzərinə əlavə edəcəklər. Bu da qiymət artımına müəyyən qədər təsir göstərəcək".

Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyəti sədrinin müavini Rövşən Əmircanov bildirib ki, qızıl bazarda mövcud olan nöqsanların aradan qaldırılmasında iri bazar iştirakçıları da maraqlıdırlar: "Əyar nəzarətinin olmaması nəticəsində bazarda kifayət qədər saxta malların olması zərgərlərin, həmçinin də vətəndaşların aldanma riskinin yüksək olmasına gətirib çıxarır. İstehlakçılar qızıl və zinət məmulatları aldıqları zaman qızılın keyfiyyətinin 585, 750, 999.9 və ya digər əyara uyğunluğunu göstərən sənədləri, qiymətli daşların çəkisi, xalisliyi, rəng şkalası və digər parametrləri əks etdirən sertifikatları, həmçinin kassa çeki tələb etməlidirlər".

R.Əmircanov vurğulayıb ki, Zərgərlər Assosiasiyası tərəfindən mütəmadi olaraq sahibkarlar arasında maarifləndirmə işləri aparılır. Sahibkarlara qurumun əməkdaşlıq etdiyi müvafiq laboratoriyalarda ödənişsiz şəkildə qızıl məmulatlarının keyfiyyətini yoxlatmaları üçün dəstək göstərilir: "Bildiyiniz kimi, Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti 2019-cu ildə ləğv edilib. "Qiymətli metallar və qiymətli daşlar haqqında" qanunun 10.3-cü bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin subyektləri tərəfindən istehsal edilmiş, habelə ölkə ərazisində satışa çıxarılmış qiymətli metallardan və qiymətli daşlardan olan zərgərlik və digər məişət məmulatları dövlət əyar damğası ilə damğalanmalıdır. Hazırda keyfiyyətə nəzarət mexanizminin, qiymətli metallar, qiymətli daşlar, onlardan hazırlanmış məmulatların dövlət nəzarəti və tənzimlənməsi istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən müvafiq addımlar atılırdı. Bu işə nazarət edən ayrıca bir qurumun olması lazım idi".

R.Əmircanov qeyd edib ki, ölkədə istehsal olunan və satılan zərgərlik məmulatlarına dair keyfiyyət meyarlarının yaradılması məqsədilə yeni standartlar qəbul olunub: "Bununla bağlı 2021-ci ildə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Azərbaycan Standartlaşdırma İnstitutu, Azərbaycan Zərgərlər Assosiasiyası İctimai Birliyi və "AzerGold" QSC-nin nümayəndələrindən ibarət tərkibdə "Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırılması üzrə Texniki Komitə təsis edilib. Komitənin fəaliyyət göstərdiyi üç il ərzində bu sahə üzrə 12 dövlət standartı qəbul olunub. Cari il ərzində daha dörd standart layihəsinin qanunvericiliyə uyğun olaraq dövlət reyestrinə daxil edilməsi nəzərdə tutulur".

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, indiyə kimi qızıl bazarında heç bir nəzarət mexanizmi mövcud deyildi: "2019-cu ilə kimi bazara Əyar Palatası nəzarət edirdi. Palata qızıl məmulatlarını yoxlayır, keyfiyyəti standartlara cavab verən məhsulların üzərinə öz möhürünü vururdu. Biz də vətəndaşlara bildirirdik ki, qızıl alarkən mütləq məhsulun üzərində Əyar Palatasının "rombvari" damğasının olub-olmamasına diqqət yetirsinlər. Əgər məmulatın üzərində damğa var idisə, deməli, qızıl keyfiyyətli idi. Amma indi bazarda vəziyyət tamamilə fərqlidir. Təxminən altı ilə yaxındır ki, Əyar Palatası ləğv edilib və əvəzində heç bir qurum yaradılmayıb. Nəticədə qızıl bazarı nəzarətsiz qalıb və bazarın ən çirklənmiş seqmetlərindən birinə çevrilib. Bu sahədə böyük anarxiya var. Qanunlardakı boşluqlar səbəbindən biz istehlakçılara yol göstərə bilmirik".

E.Hüseynovun fikrincə, hökumət tərəfindən bu istiqamətdə zəruri addımların atılmasına ehtiyac var idi: "Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaradılmasına böyük ehtiyac var idi".

İqtisadçı Pərviz Heydərov bildirdi ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi əslində inhisarçılığa qarşı və istehlak bazarına nəzarət funksiyasını yerinə yetirir. Bu qurumun qiymətli metalların emalı, idxalı, ixracı, dövriyyəsi, saxlanması kimi məsələlərə də nəzarət etməsi təqdirəlayiqdir: "Bizdə qiymətli metalların hasilatı ilə "AzərGold" məşğul olur. Həmçinin ölkəmiz dünya bazarlarına qiymətli metallar ixrac edir. Bu, ölkəmizə xarici valyutanın daxil olması deməkdir. Digər ölkələrdən də qızıl alışını həyata keçiririk".

İqtisadçının sözlərinə görə, qızıl bazarında vahid bir qurumun nəzarətindən sonra bu sahədəki bir çox qanunsuz faktlar aradan qalxmış olacaq: "Ölkəmizdə qiymətli metallar bazarına bundan əvvəl də nəzarət mövcud idi. Amma bu nəzarət artıq konkret müvafiq qurum tərəfindən həyata keçiriləcək. Nəticədə istər qızıl, istərsə də digər qiymətli metal sahəsində kortəbii halların, hərc-mərcliyin və qeyri-leqal məsələlərin aradan qalxmasına şərait yaradılacaq. Bu nəzarət bazarda qiymətlərin formalaşması və saxta məhsulların bazara daxil olmasının, vətəndaşların aldanmasının qarşısını alacaq".

Ekspert deyir ki, bazardakı qiymətlərə təsir edən süni amillər də var. Hansı ki, bu, bazarın nəzarətsiz qalması nəticəsində ortaya çıxırdı: "Məsələn, müxtəlif dəllallar, qızıl alverçiləri, qiymətli metalların, məmulatlarının idxal və ixracı ilə məşğul olanlar bazardakı nəzarətsizlikdən istifadə edərək süni təsirlər yaradırlar.  Əgər bazarda spekulyativ təsirlər, amillər aradan qalxarsa, bu, qiymətlərin təbii qanunlar əsasında formalaşmasına zəmin yarada bilər. Əslində belə də olmalıdır. Nəzarət bazarda neqativ halların aradan qalxması üçün əsaslı zəmin rolunu oynayacaq. Nəticədə qiymətli metallar bazarında süni qiymət artımının, qiymətlərin şişirdilməsinin qarşısı alınacaq".

P.Heydərov bildirdi ki, qızıl bazarındakı qiymətlər əsasən xarici amillərlə tənzimlənir. Bu səbəbdən nəzarətedici orqanın müəyyənləşməsindən sonra qiymətlərdə ciddi dəyişiklik gözlənilmir: "Qızıl bazarındakı qiymətləri iqtisadi qanunlar müəyyənləşdirir, tələb və təklifin nisbəti əsasında formalaşır. Məsələn, dünyada qızılın bahalaşması bir müddətdir davam edir. Bu, daxili bazara da təsir edir. Ona görə də yeni qurumun nəzarət funksiyası həyata keçirildikdən sonra da bazarda ciddi qiymət dəyişikliyinin olması gözlənilmir".

İqtisadçı Fuad İbrahimov hesab edir ki, bu sahədə dövlətə məxsus institutun olması mütləqdir: "Müasir dövrdə insanların ehtiyat fondunu formalaşdıran bir neçə vasitə mövcuddur. Bu ehtiyat nağd vəsait, daşınmaz əmlak, o cümlədən qızıl formasında yaradıla bilər. Qızıl əlvan metallar arasında ən qiymətli hesab olunmaqla yanaşı, eyni zamanda hər kəsin iqtisadi cəhətdən güvən yeridir. Vətəndaşlar bununla öz risklərini diversifikasiya edirlər. Əgər bu qiymətli metal vətəndaşın aldığı dəyərdə deyilsə, həmin istehlakçı aldanır. Vətəndaş keyfiyyətli məhsul aldığına əmin olmalıdır. Ona görə də, bu sahədə dövlətin nəzarəti altında bir qurum yaradılması vacib idi".

Ekspert deyib ki, hazırda bəzi satış mərkəzlərində qızıl məmulatlarının keyfiyyətini yoxlamaq mümkündür. Amma bu iş vətəndaş səviyyəsində həyata keçirildiyindən yetərli saymaq olmaz: "Bu gün qızılın dövriyyəsini şəffaflaşdıra bilmiriksə, bu, həm dövlətin, həm vətəndaşın ziyanınadır. Vətəndaş belə hallarla qarşılaşdıqda hüquq-mühafizə orqanlarına və məhkəmələrə, eyni zamanda, keyfiyyətsiz məhsul aldığı mağazanın rəhbərliyinə müraciət edə bilər. Amma bunun mexanizmi olmadığından müraciətlərin əhəmiyyəti olmayacaq. Bu baxımdan nəzarətedici qurumun yaradılmasına ehtiyac var idi".

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Mart 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see509

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see325

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see295

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see281

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see279

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see279

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see273

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see273

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see251

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see247

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see243

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see242

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see235

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see217

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see217

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see211

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see195

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see191

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri