Qızıl içində yaşayan iş adamı Evindən timsah tapıldı
Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
Ukraynanın Dnepr şəhərində iş adamı Vladislav Sokolovun mülkündə aparılan axtarışlar zamanı qızıl örtüklü dəbdəbəli interyer və terrariumda saxlanılan canlı timsah aşkarlanıb.
"Bakupost" Musavat.com-a istinadla xəbər verir ki, jurnalistlərin məlumatına görə, Sokolovla əlaqəli şirkətlər Kiyev vilayətində enerji obyektlərinin mühafizəsi üçün inşa edilən müdafiə qurğularına 1,89 milyard qrivnalıq müqavilələr çərçivəsində metal tədarük edib.
İstintaq müqavilələr üzrə qiymətlərin süni şəkildə şişirdilməsi və 129 milyon qrivnanın mənimsənilməsi məsələsini araşdırır.
Sokolov ittihamları rədd edərək dövlətin onun şirkətinə bir milyard qrivnadan artıq borcu olduğunu bildirib.
Ukrayna Ali Radasının deputatı Aleksey Kuçerenkonun sözlərinə görə, Kiyev vilayətində tikilən 26 müdafiə qurğusundan heç biri tamamlanmayıb. Obyektlərin orta tikinti hazırlığı cəmi 55 faiz təşkil edir.
Qalmaqalın ən diqqətçəkən məqamlarından biri iş adamının evində saxladığı timsahdır. Sokolov heyvanı Odessa zooparkından 2500 dollara aldığını bildirib. Lakin zoopark rəhbərliyi son 15 ildə heç kimə timsah satmadıqlarını açıqlayıb.
Məlumata əsasən, uzun illər metal tədarükü biznesi ilə məşğul olan Sokolov “Stal Plus” şirkətinin kommersiya direktorudur. Onun ofisində, mənzilində və Kiyevdə qaldığı otel otağında axtarışlar aparılıb. Axtarış zamanı təxminən 48 min dollar nağd pul və işgüzar sənədlərin götürüldüyü bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 13 Noyabr 2026 23:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















