Balakişi Qasımov növbəti 4 ildə də bu federasiyaya rəhbərlik edəcək
sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Balakişi Qasımov yenidən Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) prezidenti seçilib. Sport24.az AQF-yə istinadən xəbər verir ki, bu gün federasiyanın ümumi yığıncağı keçirilib.
Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Tədbirdə 61 yaşında dünyasını dəyişən mərhum vitse-prezident Fərhad Kasimovun xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. AQF-nin baş katibi Vasif Məmmədov çıxış edərək 2022-2025-ci illər ərzində qurumun fəaliyyəti, görüləcəklər işlər, keçirilən yarışlar, əldə olunan uğurlar barədə məlumat verib.
Sonra AQF rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Balakişi Qasımov növbəti 4 il müddətinə federasiyanın prezidenti, Fikrət Zeynalov vitse-prezidenti, Vasif Məmmədov baş katibi seçiliblər. İcraiyyə Komitəsinə Fikrət Zeynalov, Vasif Məmmədov, Sadıq Sadıqov və Adilə Əhmədova üzv seçiliblər.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək B.Qasımovu yenidən AQF prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. Sonda Qasımov çıxış edərək göstərilən etimada görə təşəkkürünü bildirib.
Baxış sayı:107
Bu xəbər 05 Dekabr 2025 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















